ArxivFilm​IslammədəniyyatXəbər lentiXəbərlər

Hazırki vaxt telekanalında Mehman Hüseynov haqqında /film

  • Praqadan yayımlanan “Hazırki vaxt” (“Nastoyaşee vremya”)   telekanalı Azərbaycanlı bloger Mehman Hüseynov haqqında “Namizəd” filmin çəkib. 

“Namizəd” filmi siyasi detektiv, roud-muvi, internetdən sadə oğlanın təkbaşına hakimiyyətlə apardığı mübarizə haqqında sənədli dramdır.

O, gülünc olmaqdan qorxmur. Təbəssüm siyasətçi, bloger, qorxusuz sadə insanın firma nişanıdır. “Hazırki vaxt”ın yeni sənədli layihəsinin qəhrəmanı Mehman Hüseynov nə təmtəraqlı villalarını telefonunun kamerası ilə çəkdiyi məmurların təhdidlərindən, nə qollarını buran polisdən qorxur. Hətta o, ölümcül xəstəliyə belə zarafatla cavab verir.

Mehmanın instaqramdakı yeni nəşri dovşan kostyumunda fotoşəkildir. Onun harada olduğunu dərhal anlamaq olmur. Bu, İsveçrə klinikasında onkoloji xəstələr üçün palatadır. İyunun əvvəllərindən orada həkimlər onun həyatı uğrunda mübarizə aparırlar.

Korrupsiya Mehmana ilk siyasi sərmayəsini, – yeri gəlmişkən, həm də siyasi təqibini – qazandıran mövzudur. SANCAQ layihəsi çərçivəsində o, büdcə vəsaitlərinin oğurlanması, Azərbaycan məmurlarının və hakimiyyətə yaxın oliqarxların təmtəraqlı həyatı haqqında danışırdı. “Azərbaycanlı Navalnı” bənzətməsi də buradan irəli gəlir – onun karyerası müxalif videobloger və yeni başlayan siyasətçi arasında təşəkkül tapıb.

2019-cu ilin yazında iki illik həbs cəzasından yeni azadlığa çıxan Mehman dərhal siyasi fəallığa qayıdıb. Ötən ilin dekabrında o, ölkədə məşhur reperin azad edilməsi tələbi ilə aksiya təşkil edib. Buna görə Mehmanın özünü naməlum istiqamətə aparıblar, döyüb, işgəncə verib, Bakıdan 150 km məsafədə boş əraziyə atıblar. Belə bir şeydən sonra mübarizəyə qayıtmağa gücünün, cəsarətinin qalmayacağını düşünmək olardı. Amma Mehman daha da irəli getdi və siyasi mübarizəyə başladı.

“Namizəd” filmi məhz bu mübarizə haqqındadır. Biz parlamentə səsvermə ərəfəsində  Mehmanın maraqlı seçkiqabağı kampaniyasını, hakimiyyətin məşhur müxalifətçiyə mane olmaq, onu ələ almaq cəhdlərini, təşviqatına imkan verilməməsini, plakatlarının cırılmasını, siyahıların saxtalaşdırılmasını, kameralardan qaçanları, üzlərini gizlədənləri və kabinetlərinin qapılarını bağlayanları görürük.

“Namizəd” filmi bir növ hakimiyyətin sadə insanlardan bahalı villaların hasarları arxasında gizləndiyi, səmimi söhbətdən qorxduğu, özünü mühafizəçilərlə əhatə etdiyi, yaxın qohumlarını isə rəhbər vəzifələrə qoyduğu avtoritar ölkədə seçkilərlə bağlı dərslikdir. 30 yaşlı sadə oğlan isə bu sistemi dağıtmağa çalışır.

“Hazırki vaxt” telekanalında filmin premyerası iyunun 15-də  olub.

“Hazırki vaxt” “Azadlıq / Azad Avropa Radiosu”nun “Amerikanın Səsi”nin iştirakı ilə yaratdığı telekanaldır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button