ArxivXəbər lentiXəbərlər

Azərbaycanın hər 20 nəfərdən biri yoxsuldurmu?

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iddia edib ki, bu ölkənin hər 20 vətəndaşından bir nəfəri yoxsul səviyyəsindən aşağıdır.

Qafqaz mədəniyyət mərkəzinin İRNA-ya istinadla verdiyi məlumata görə, Şahin Mustafayev Bakıda Asiya İnkişaf Bankının Rəyasət Şurasının 48-ci iclasında deyib: 2001-ci ildə Azərbaycan Respublikasının hər iki vətəndaşından biri yoxsul sayılırdı və hazırda ölkənin hər 20 vətəndaşından biri yoxsul hesab olunur.

Azərbaycan Respublikası hökuməti bildirir ki, yoxsulluğu 2001-ci ildə 20%-dən cari ildə 5%-ə endirib. Lakin iqtisadi tənqidçilər belə statistikaların düzgünlüyünə şübhə ilə yanaşır və yoxsulluğun hökumət rəsmiləri tərəfindən elan olunan rəqəmlərdən bir neçə qat yuxarı olduğunu bildirirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button