ArxivXəbər lentiXəbərlər

Hacı Zülfüqar Mikayılzadə: Ali-Səud rejimi Yəmənə qarşı cinayətləri ilə öz məhvini sürətləndirmiş oldu

Azərbaycanlı ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadə Ali-Səud rejiminin Yəmənə qarşı cinayətlərini pisləyərək, deyib: Bu təcavüzlərin qalib tərəfi Yəmən xalqıdır.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, Hacı Zülfüqar Mikayılzadə Ali-Səudun Yəmənin müsəlman və məzlum xalqına qarşı ABŞ-ın dəstəyi ilə baş tutan təcavüzlərini habelə, dünya ictimaiyyəti, BMT və Qərb medialarının Ərəbistanın cinayətləri qarşısında sükut etməsini pisləyərək, deyb: Onlar Ərəbistanın cinayətləri qarşısında sükut etməklə insan haqları və demokratiya ilə bağlı iddialarının nə qədər yalan olduğunu bir daha ortaya qoymuş oldular.

Quran hafizi olan Hacı Zülfüqar Mikayılzadə əlavə edib: Ərəbistan xalqı bu cinayətlər ilə müxalifdir. Amma, Ali-Səud rejimi ABŞ-ın maraqlarını təmin etmək və İsrail rejiminin təhlükəsizliyinə zəmanət vermək məqsədilə bu kimi cinayətlərə yol verir. Amma, bilmir ki, Yəmənə təcavüzün və günahsız insanların qırğın edilməsi sonunda Ali-Səud rejiminin süqutunu sürətləndirmiş olacaq.

Hacı Zülfüqar Mikayılzadə Yəmənin mübariz və müsəlman xalqını bu ədalətsiz savaşın qalibi adlandırıb və ümidvarlıq edib ki, İslam ölkələri xüsusilə də İraq, Suriya və Yəməndə məzlum olan xalqlar qələbə çalsınlar və Əhli Beyt(ə) bayrağı altında İslami dəyərləri qorusunlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button