ArxivIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

Hacı Mövsüm Səmədov Qobustandan “Oğluma Məktub” adlı yazı yazdı

AİP lideri Hacı Mövsüm Səmədov Qobustandan “Oğluma Məktub” adlı yazı yazıb.

 

AİP-in mətbuat xidmətindən “İslaminsesi” nə daxil  olan məktubda deyilir:

“Zindan pəncərəsindən dünya daha aydın görünür. Zənnimcə bu baxışda düşündürücü bir həqiqət vardır. Bəlkə də bunun səbəbi ondan irəli gəlir ki, kameranın divarları məhbusu bu dünya ilə ayıran axırıncı bir səddir. Buna görə də əgər desək ki, zindanda dünya meylləri demək olar ki, çox az dərəcədə cilvələnir, bəlkə də yanılmarıq.

 

Bəli, mütəfəkkirlərin dili ilə desək, zindan böyük bir məktəb və mədrəsədir. Bura haqq yolunun yolçularının qaçılmaz bir dayanacağıdır. Hətta zindan bu yolda olanlar üçün İlahi rəhmətindən nazil olan müqəddəs bir məkandır. Zindan zalımların təhdidlərinin bir alətidir. Təbiidir, zindan bizi heç vaxt yora bilməz. Hərçənd ki, biz istəklərimizə çatmaqda müvəffəq ola bilməsək də, qəlbən azad olan insan dünya məhdudiyyətləri ilə üz-üzə gələndə heç vaxt məhbus ola bilməz.

 

Zindan həm də müqavimət və istaqamət mərkəzidir. Bizdən qabaqkılar bizə necə örnək  olublarsa, biz də gərək bacardığımız qədər bu İlahi amallara sadiq qalmağımızı Ulu Rəbbimizdən diləyək.
Biz bu Vətənin övladlarıyıq. Əgər tale bizdən həyatımızı burada tamamlamaq istəsə, təbii ki, bu bizim üçün gözəl bir qismət olacaq. Biz nəinki məhşərdə, həm də gələcək övladlarımızın yaddaşında alnıaçıq və üzüağ olmağı özümüzə bir vəzifə bilirik.

 

Hər bir xalqın tarixi onun igid övladlarının mübarizliyi səhnəsində yazılır. Bu mübarizə ruhiyyəsinə malik olmayanlar həqiqi azadlığın dadını heç zaman dada bilməzlər.

 

Hacı Mövsüm Səmədov

      Azərbaycan İslam Partiyasının lideri 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button