ArxivFilm​IslamSosialXəbər lentiXəbərlər

Hacı İlqar İbrahimoğlu: Beynəlxalq Qüds günü İslam ümmətinin əhyasıdır (VİDEO)

“Qüds günü islam ümmətinin əhyasıdır. Bir ümmət ki ramazanın Qədr gecələrini geridə qoyur, bu nurani ayının sonuncu cümə günündə öz müqəddəratını həll edə biləcək, özünün daxili-ruhi həyatı ilə yanaşı həm də ictimai-siyasi oyanışını təmin edən Qüds gününü yaşayır. Qüds günü İslam günüdür.”

Bunu Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri, ilahiyyatçı-filosof İlqar İbrahimoğlu SalamNews-a verdiyi müsahibəsində deyib.

Beynəlxalq Qüds gününün əhəmiyyətindən danışan İ.İbrahimoğlu bu günün müsəlman ümməti üçün Qədr gecələri qədər taleyüklü olduğunu deyib.

“İslamin ruhunda olan bütün həqiqətlər Qüds günündə var. Qüds günü bir coğrafi və tarixi anlamda olan gün deyil, Qüds günü bir simvol və rəmzdir. Qüds günü Qarabağ günüdür. Qüds Kəşmir günüdür. Qüds Yəmən və Qətif günüdür. Qüds günü bütün dünya məzlumlarının və zəiflərinin günüdür. Allah şəhid Qasim Süleymaniyə rəhmət eləsin! Onun kimliyini bəyan edərkən Fələstin rəsmilərindən biri belə deyir: Şəhid hacı Qasim Süleymani Qüds şəhididir.”

Qüdslə Qarabağın işğalını bir-birinə bənzədən DEVAMM sədri deyib:

“Bu mənada əslində dünya yeni bir mərhələyə gəlib daxil olub. Yeni bir dünya düzəni formalaşan zamanda Qüds islam ümməti üçün əsas və mehvər mövzusudur. Biz əminik ki, xüsusilədə bu Covid-19 dönəmində formalaşan yeni dünya düzənində islam sivilizsiyası təhdidləri fürsətlərə çevirməyi bacaracaq. İslam ümməti Qüds gününü yaşadaraq, əslində bütün zülmə məruz qalanların, islam coğrafiyalarının azadlığı istiqamətində addımlar atacaq. Qüds gününün Azərbaycan müsəlmanları üçün önəmi həm də ona görə əhəmiyyət kəsb edir ki, bu günlərdə Paşinyanın Şuşada bayram keçirməsi əslində islam ümmətinin diqqətində saxlanılmalı mövzudur”, deyə politoliq Qüds və Qabarağın eyni mətləb olduğunu diqqətə çatdırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button