ArxivIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

Hacı Abgül Süleymanov: İmam Zamanın (ə.f) müntəzirləri təqvalılardır

Hazırda həbs həyatı yaşayan ilahiyyatçı Hacı Abgül Süleymanov İmam Məhdinin (ə.f)  mübarək mövludunu İslamazeri.com vasitəsilə təbrik edib.
İslamazeri.com  Hacı Abgül Süleymanovun redaksiyaya göndərdiyi təbrik mesajını təqdim edir:
Bağışlayan və Mehriban Allahın adı ilə.
İlk növbədə bu mübarək gün münasibətilə, dünya müsəlmanlarını, Həzrətin intizarını çəkənlərə təbrik və səmimi arzularımı ərz etmək istəyirəm. Bu mübarək gündə İmam Məhdi (ə)  haqqında qısa bir yazı ilə azacıq vaxtınızı alıram. İnşəllah bu kiçik xatırlatma bizim dünya və axirətimiz üçün xeyir və bərəkətə səbəb olar.
İmamımızın zühuru ilə bağlı ayə və hədislər mövcuddur. Allah Təala Qurani Kərimdə saleh bəndələrinin varis olacağıyla bağlı vədə vermişdir. Bu cür bir neçə ayə vardır.
* Məsələn Ənbiyə surəsinin 105-ci ayəsində buyurulur ki, Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin varis olacağını yazmışdıq.
Ayəyə nəzər saldıqda deyə bilərik ki, biz dünya tarixində bütün ümumdünya bir İslam Dövlətinin qurulmasının şahidi olmamışıq. Yəni Allahın bu vədəsi hələ gerçəkləşməmişdir. Lakin Allahın vədəsi haqq və mütləq olduğu üçün nəticə alırıq ki, saleh insanların ümumdüya İslam Dövləti qurulacaqdır. Saleh insanlardan söz açılarkən biz hədislərdən görürük ki, bu İmam Məhdinin səhabələrinə işarə edilmişdir. Şeyx Mufidin İrşad əsərində İmam Baqirdən (ə) belə bir rəvayət nəql olunur ki, ayənin təfisirində Həzrət “Saleh bəndələr İmam Məhdinin axirəzamanda olan səhabələridir.” – deyir.
* Həmçinin Qəsəs surəsinin 5-ci ayəsində deyilir: “Biz isə istəyirik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, imamlar və (yer üzü üçün) varislər edək.” Əhli Sünnə alimi İbni Əbil Hədid “Nəhcul Bəlağənin şərhində” deyir: Bir gün İmam Əli (ə) minbərdə danışarkən buyurdu: Bir zaman gələcək insanlar yenidən vəhy evinə üz tutacaqlar. Bu sözün ardınca həmən – Qəsəs surəsinin 5-ci ayəsini oxudu.
* Digər ayə Nur surəsinin 55-ci ayəsidir. Ayədə buyurulur: Allah sizdən iman gətirib yaxşı işlər görənlərə – yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün xəlifələri, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Əyyaşi Məcməul Bəyan təfsirində nəql edir ki, 4-cü İmam Həzrəti Zeynulabidin buyurdu: Allaha and olsun Quranda deyilən “onlar” biz Əhlibeyt və şiələridir. Allah bizim nəslimizdən olan bir şəxs vasitəsilə bunu həyata keçirəcək. Həmin şəxs bu ümmətin Məhdisidir (ə.f).
* Bəzi ayələrdə isə, İslam dininin bütün dinlər üzərində tam qələbə çalacağından söz açmışdır. Tövbə surəsi 33 ayədə bu haqda deyilir: Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!
Bu ayədə də real qələbədən tam üstünlükdən söhbət gedir. İslam dini isə bu günə qədər digər dinlərə mütləq olaraq qalib gəlməyib. Biz bu ayədəki vədəni də, İmam Məhdinin (ə.f) mübarək əlilə ümumislam, dünyaya hakim bir dövlət qurulacağını əminliklə deyə bilərik. Çünki bu ayə hələ öz təsdiqini tapmayıb. Xatırlatdığımız ayələr, İmam Məhdi – Sahibəzzaman zühur edəndə gerçəkləşəcək.
Hamılıqla özümüzü o Həzrətin zühuruna hazır edək. Bir həqiqəti dərk edək ki, İmam Zamanın müntəzirləri, intizarını çəkənlər müttəqi(təqvalılar) və saleh bəndələrdir.
Allah bizi müttəqi və saleh bəndələrdən qərar versin!
Allah bizi İmamın həqiqi müntəzirlərindən, intizarını çəkənlərdən qərar versin!
Allah O Həzrəti, bizim üçün duaçı və bələdçi qərar versin!
Allah o Həzrətin zühurun təcil etsin, öz saleh bəndələrini yer üzünə varis etsin!
Allahın salamı bütün mömin və saleh bəndələrə olsun!
Hacı Abgül Süleymanov, 2 saylı CÇM, 20 aprel, 20019-cu il…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button