Şəxsiyyətlər

Həzrət Ayətullah Xamenei ilə Ustad Şəhriyarın görüşlərindən xatirələr

Ağa ilə Ustadın görüşü sözlərlə vəsf olunmaz bir hekayədir. Olduqca ürək oxşayan səhnə idi. Mən Ustadın rəftarı ilə yaxından tanış idim, onun kimisə bu şəkildə qarşılaması olduqca qəribə idi.

Şəhrivərin 27-si İranda şer və ədəbiyyat günüdür. Bu gün İranın böyük şairi Məhəmməd Hüseyn Behcət Təbrizinin (Şəhriyar) vəfat günüdür. İslam İnqilabının rəhbərinin dili ilə onu gərək ” Həkim” adlandıraq.

Həmin münasibətlə bu böyük şairin şagirdi Əli Əsğər Fərdi həzrət Ayətullah Xamenei ilə Ustad Şəhriyarın görüşlərindən olan xatirələri qələmə alıb.

Şəhriyarşünas

Həzrət Aayətullah Xamenei öz sözlərinə görə, ədəbi zövqü səbəbindən Məşhəddə təhsil aldığı cavanlıq çağlarından mərhum Ustad, həkim Şəhriyarın əsərləri ilə tanış olub. Şəhriyar hicri-şəmsi 1310-1314-cü illərdə Xorasanda sürgündə olduğu dövrdə mərhum Nəvid, Məhmud Fərəx, Gülşən Azadi və digər böyük Xorasan şairləri ilə ünsiyyətdə olub. Elə bu səbəbdən Məşhədin ədəbi birliklərinin üzvlərindən olan Ayətullah Xameneinin Məşhəd şairləri ilə görüşləri onun Şəhriyarın özü və əsərləri ilə tanışlığına səbəb olur. Həzrət ağa ölkə başcısı olduğu zaman bir dəfə bildirdi ki, boş vaxtı olduğu zaman bəzən Məşhədin elmi hövzəsinin su hovuzunun kənarında Şəhriyarın bəzi şeirlərini (“Əli ey homaye rəhmət” şerinin adını çəkdi) öz-özümə zümzümə edirdim. Hətta yadıma gəlir ki, adətən o qəzəli humayun muğamı üstündə zümzümə edirdim.

13890627_0110144

Fikrimcə həzrət Ayətullah Xamenei nadir Şəhriyarşünaslardandır, qədimdən Şəhriyarın özü və əsərləri ilə maraqlanıb. Eşitdiyimə görə o üç dəfə Şəhriyarın əsərlərini tənqidi mütaliə edib və öz fikirlərini qeydə alıb.

Hər görüşündə o Ustad Şəhriyarın şerinin incəlikləri barəsində bədii nöqtələr deyirdi.

Ümumi və xüsusi görüşlərin hər birində elə bir nöqtələr qeyd edirdi ki, onlara diqqət yetirmək Şəhriyarın əsərləri və özündə dərin düşünmək tələb edirdi. Daha mühüm olanı budur ki, Ustad Şəhriyarın həqiqi şəxsiyyətini və mənəvi durumunu kimsə ondan daha yaxşı dəyərləndirməyib. O hicri 1385-ci ildə Şəhriyarın doğumunun yüz illiyində keçirilən konfransda elmi dəlillərə istinadən onu “həkim” adlandırdı.

13890627_0210144

Bu namaz baldan şirin olur!

Şübhəsiz deyə bilərik ki, Ustadda cənab ağaya qarşı xüsusi bir sevgi, şövq var idi. Inqilabdan sonra cənab Xamenei Tehranın imamcüməsi təyin olunduğu vaxt mərhum Ustad onunla tanış oldu və bu tanışlıq dərhal bir eşqə, bağlılığa çevrildi. Ustad ibadət və daimi zikr əhli idi. Xəbərlər və həzrət imam Xumeyninin xütbələrindən başqa televizora baxmırdı. Lakin cənab Xameneinin ilk cümə namazlarından başlayaraq daim onun xütbələrini və namazını izləyirdi. Lakin necə bir halda?

Cənab Xameneinin namazının  gözəlliyi barəsində buyururdu: Belə bir namaz baldan şirin olur. Bütün gözəlliklər və kamillik şərtləri onda mövcuddur. Bu qədər isti, bəm, tutarlı səsi olan, gözəl nitqi, yüksək bəyanı, ləhcəsi, ərəb dili qaydalarına riayət etməsi və ən əsası namazı muğamlar üzərində qəlb oxşayan avazla qılması…

Ustadın ağanın cümə namazlarına olan eşqi onun şerlərindən birində də özünü göstərib.

Inqilabın rəhbəri deyir: Şəhriyarın inqilab üçün şerlər yazdığı vaxt onunla rabitəsi olan sabiq rejimə bağlı bir qrup ziyalılar daim ona təzyiq göstərirdilər, məktublar yazirdılar və əleyhinə şerlər deyirdilər. Hətta bizdə belə bir məlumat var idi ki, gedib onu danlamışdılar ki, sən nə üçün İslam inqilabına bu qədər ürək yandırırsan? Və o dağ kimi dayanmışdı.

Bir dəfə buyurdu: Ağa Xamenei “Münafiqun” surəsini rəhab muğamının üzərində oxuyur, amma rəhabın qədim bir forması da var ki, mən onu qədimdəkilərdən öyrənmişəm. Mən oxuyum, səsimi yaz və ağa Xameneiyə göndər. O rəhabı kamil şəkildə oxudu və öz əli ilə bir qəzəl də yazdı ki, ağaya göndərim. 1364-cü ildə cənab ağanın dəftərxanası ilə əlaqə saxladıq, həm səs yazısını həm də şeri ona təqdim etdik.

1359-cu ilin payızında televiziya şirkətindən bir qrup Təbrizə gəlib, Ustad Şəhriyarla söhbət etmək istədilər. O günə kimi təqribən heç kəs Ustad Həkim Şəhriyarın İslam inqilabı barəsində fikrini bilmirdi. Ustad rindanə gileylə və öz məşhur qəzəlinə işarə edərək dedi: “İndi niyə?” Dedi ki, elə inqilabın əvvəllərindən onun quruluşun yayında olmasından müsbət istifadə olunmalıdı. Ustad xalq ilə televiziya vasitəsi ilə baş verən uyğun görüşündə İslam inqilabı və imam Xumeyninin şənində bir neçə qəzəl və qəsidə oxudu. Müxbirin “hansı qəzəli ən yaxşı qəzəl bilirsiniz” deyə verdiyi suala qəribə cavab verdi, dedi ki, fikrimcə xalqın “İlahi, İlahi! Xumeynini qoru” şüarı ən yaxşı və ən gözəl qəzəldir.

Bu müasir dövrün ən məhşur və ən böyük şairinin bir təfəkkürə və bir rəhbərə ən böyük bağlılığıdır və bu bir çox düşmənləri qəzəbləndirirdi.

Həkim Şəhriyar İslam inqilabının qələbəsinin ilk günlərindən dini və vilayətə bağlı tarixi düşüncə və əqidəsinə əsasən İslam inqilabı ilə canla başla yoldaşlıq etdi. Ağanın ifadəsi ilə hamı ilə ünsiyyətdən çəkinən, lakin inqilaba aid olan hər bir mərasimə təvazökarlıqla tələsən, dəvətləri qəbul edən və mövzuya uyğun əsərlər yazan “dünya görmüş bir kişi idi.” Dəfələrlə məndən istəyirdi ki, onu müqəddəs müdafiənin döyüş cəbhələrinə aparam ki, döyüşçüləri onların öz yanında mədh etsin. O bütün inqilabı dəyərlər barəsində, inqilaba aid olan hər bir mövzuda, hətta inqilab komitəsi, şəhid mərkəzi, İranlı hacıların kütləvi qırğını, şəhidlər, milli məclis, könüllülər, ordu, imamcümələr, şəhid ailələri, müharibə əlilləri və sair mövzularda əsərlər yaradırdı.

Ustad həmin on illikdə 500 səhifəlik inqilab şerlərindən ibarət divan yazdı. Həyatda olduğu dövrdə həmin şerlərdən ibarət iki dəftər toplayıb nəşr etdim. Lakin 20 il olar ki, kamil divanı çap olunmayıb. Bütün divanları naqisdir, xüsusi ilə Ustadın inqilab barəsindəki şerləri divanda yoxdur.

Bir gecə Ustad mənə zəng edib buyurdu: Televiziyaya baxırsan? Televiziyanı açdım və gördüm ki, ağa Xamenei konfransda çıxış edir. Ağanın nitqi başa çatdıqdan sonra Ustadın evinə getdim. Ustad ağanın cümlələrini təkrarlayırdı, bu cümlələrdə müsəlmanların dərdləri bir-bir sadalanırdı. Ustad deyirdi: mən yalnız ağlayırdım və əllərimi duaya qaldırmışdı ki, İlahi, bu seyyidi bütün gözlənilməz bəlalardan qoru!

Bir dəfə o öz istedadı sayəsində türkcə hikmətli bir şer yazdı ki, 10 il sonra İslam dünyası həmin şerdə göstərilmiş problemlə qarşılaşdı. Bu Türkiyə, Qafqaz və Orta Asiyanın türk dilli ölkələrinin əlifbanı latın və kirildən İslam əlifbası ilə dəyişməsinə aid idi. O iki əlifbanı şeytan əlifbası və İslam əlifbasını Quran əlifbası adlandırdı. Sovet ittifaqının dağılmasından 10 il sonra onları İslam cihadına və dünyəvi hərəkatına qoşulmağa çağırdı.

Mən şeri onun öz səsi ilə İstanbul və Qafqaz türk dilində ölkə xarici üçün  yayımlanan Təbriz radiosunda səsləndirmək üçün hazırladım. Radionun müdiri şeri səsləndirməkdən imtina etdi və bildirdi ki, müharibə böhranı olduğu bir vaxt sovetləri bu şəkildə incitməyimiz lazım deyil. Mən məsələni Tehranın sərhəddən kənar şöbəsinə çatdırdım və onlar da şerin səsləndirilməsi ilə müxalif oldular.

Baş verənləri bir məktubda yazıb həzrət Ayətullah Xameneinin hüzuruna apardım. O siyasi və mədəni ayıq-sayıqlığı ilə televiziya və radio şirkətinin ölkə xarici şöbəsinə göstəriş verdi ki, şer təkrar-təkrar səsləndirilsin. Həmin şer Qafqaz və Türkiyədə böyük dalğa yaratdı və bu həmin cəmiyyətlərdə geniş şəkildə fikri təsirlənməyə səbəb oldu.

Ölkə başçısının hədiyyəsi

Doğumunun 80 illiyi münasibəti ilə Ustad Şəhriyar üçün qurultay keçirtdik. Ağa Xamenei həmin qurultayda iştirak üçün öz nümayəndələrini göndərdi. Mədəniyyət nazirinin əvəzedicisi doktor Mahmud Burucerdi, cənab doktor Şiraziyan, mədəniyyət nazirliyinin vəzifəli şəxsləri, Tehranın adlı sanlı şairləri və digər şəxslər. Nümayəndələr ağanın sözünü çatdırmaq üçün görüş vaxtı istədilər. Cənab doktor Burucerdinin yerləşdiyi hoteldə mənə dedilər ki, Ağa Xamenei Ustad üçün hədiyyələr göndərib və mən hədiyyələrin təqdimi üçün münasib bir vaxt nəzərdə tutum. Bu məsələ bir qədər nigaranlığıma səbəb oldu, çünki bilirdim ki, Ustad hər bir hədiyyəni qəbul etməkdən imtina edəcək. Nəhayət Ustadın evinə getdik.

Bir qədər nəzakət qaydalarına riayət etdikdən sonra cənab doktor Burucerdi hörmətli ölkə başçısı tərəfindən Ustada bir hədiyyə təqdim etdi. Ustad Şəhriyar təşəkkürünü bildirirək paketi aldı və onun nə olduğuna baxmayaraq, qələmi ilə paketin üzərinə yazdı ki, müharibə məntəqələrinin təmiri komitəsinə verilsin. Daha sonra Ustad ağa Xameneinin üstünlükləri, fəzilətləri və ona olan eşqi barəsində sözlərlə çıxışına başladı. Ustad həmin qurultayda ölkə başçısı cənab Xameneinin şənində yazdığı ən gözəl qəzəllərindən biri olan “Canlı şəhid” qəzəlini oxudu.

İnqilabın qələbəsindən sonra ölkənin vəzifəli şəxslərinin ədəbiyyat və digər incəsənət xadimlərini nəvaziş etməyə fürsət tapmamaları təbii idi. Çünki ölkə daim  bir çox problemlərlə qarşılaşırdı. Ustadda heç bir nəvaziş təmənnası yox idi,  bütün işlərini şəri vəzifəsi bilirdi. Narahat idi ki, yaşlanması səbəbindən zalımlarla döyüşdə iştirak edə bilmir və əlindən gələn təkcə qələmlə cihaddır. Odur ki, bir müddət ölkənin vəzifəli şəxsləri Ustadla maraqlanmadılar və bu şəxsən məni narahat edirdi. Nəhayət ağa Xamenei ölkə başçısı olduqdan sonra onun dəftərxanasından vilayətin Mədəniyyət İşləri İdarəsi ilə əlaqə saxlanıldı, ölkə başçısının xüsusi salamı Ustada çatdırıldı. Ümumi rabitələrin məsul şəxsi Ustadla əlaqə üçün hazırlıq görülməsini istədi.

Bir gecə Ustad mənə zəng vurub dedi: Televiziyaya baxırsan? Əgər baxmırsansa, bax sonra söhbət edərik. Televiziyanı açdım və gördüm ki, ağa Hərarə konfrasında çıxış edir. Əvvəldən sonadək hətta oturmağa fürsət tapmadan, ayaq üstə çıxışa qulaq asdım. Elə həyacanlanmışdım ki, ağanın çıxışı başa çatdıqdan sonra tələsik Ustadın mənzilinə getdim. Gecədən bir xeyli keçmişdi və Ustad çox təsirlənib ağlayırdı, ağanın cümlələrini təkrarlayırdı. Bu cümlələrdə bir-bir müsəlmanların dərdləri sadalanırdı.

Başqa bir dəfə ağa Xameneinin BMT-dəki gözəl çıxışlarından birinə Ustadla birgə tamaşa edirdik. Ustad çıxışın əvvəlindən sonunadək gözü yaşlı, əlləri duada qulaq asdı. Ağanın çıxışı başa çatdıqdan sonra onun nitqinin incə və dəqiq nöqtələri barəsində söhbətləşdik. Ustad həmin çıxışı şerə çevirdi:

Cihad idi, ölkə başçısı dünyanın qulağına eşq fəryadı çəkirdi

Nitq idi, lakin Cəbrəil diqtə edirdi, qəlb həmin fəryadda Allahın səsini eşidirdi

Zeynəbi-kübranın fəryadlı xütbəsi bir tufan kimi

Yezid və İbn Ziyadın qəsrini dağıdır… (farsçadan tərcümə )

Bu beytlər daha sonra “Döyüş həftəsi” adlı  kamil bir şer oldu.

Bizim Əbəlfəzlimizsən

1365-ci ilin yay günlərindən idi. Prezident aparaturasının ümumi rabitələr şöbəsindən zəng oldu və dedilər ki, cənab prezident Təbrizə səfər edir, Ustad Şəhriyarla görüşmək istəyindədir, görüş zamanı Təbrizin tanınmış şairlərindən də bir neçəsinin iştirakı yaxşı olardı. Sabahı gün Ağa Təbrizə gəldi və onun Ustadın evinə getməsi və görüşün orada təşkil olunması münasib olmadığı üçün icra hakimiyyətinin salonunda görüş üçün hazırlıq gördük və Təbriz şairlərindən 20, 30-nu dəvət etdik.

Məğrib namazından sonra Ustadı evindən görüş yerinədək müşayiət etdim. Onlar bir-birlərini qucaqladılar, elə ki, Ustad Şəhriyar Ağanın əllərini tudu, ağlamağa başladı. Ağanın əlini ürəyinə sıxıb dedi: “Bizim Əbəlfəzlimizsən. Bu əli bu hala qoymaq necə də alçaqlıqdır. ” Ağlayaraq zümzümə edirdi və mən bu zümzümələrə qulaq asırdım. Tarixi bir səhnə idi. Göz yaşları danışmağına imkan vermirdi. Hər ikisi əyləşdikdən dəqiqələr sonra Ustad hələ də ağlayırdı. Bir müddət əlini ağanın əlləri üzərində saxladı. Ağa hər dəfə namaz zamanı əllərini qunuta qaldıranda Ustad kövrələrdi və indi həmin əllər onun ovuclarında idi.

Bir qədər sonra həzrət Ağa Xamenei Ustaddan şer oxumasını istədi. Ustad son qəzəllərindən bir neçəsini oxudu və daha sonra proqram digər şairlərin çıxışı ilə davam etdi və başa çatdı.

Sonda ağa dəyərli sözlər dedi və Ustadın şeri çırağında belə güclü şairlərin varlığından məmnun olduğunu və hətta təəccübləndiyini bildirdi. Daha sonra şam yeməyi üçün başqa bir salona keçdik. Yenə də Ustadın kənarında əyləşdi və bir övlad kimi Ustadı nəvaziş edirdi. Onun boşqabına yemək çəkirdi, çörək, su verirdi və ondan qabaq yeməyə başlamırdı. Şamdan sonra da məclis bir qədər davam etdi. Xorasan, şer, Heydər baba, vəznlər, ədəbi incəliklər, şeriyyat barəsində söhbətləri oldu. Ağa, Ustadın gündəlik işləri barəsində soruşurdu.

Nəhayət Ağa buyurdu ki, artıq gecdir, Ustadın istirahətinə mane olmayaq və məclisi başa çatdıraq.

Ustad mənə baxdı və saatı soruşdu. Mən gecə yarısının ötdüyünü dedim və Ustad dedi: Ağa Xamenei yol gəlib, yorğundur,  artıq zəhmət verməyək.

Birlikdə evə qayıtdıq. Gecəyarı saat bir idi, Ustad deyirdi ki, mən yorğun deyiləm, ürəkdən istəyirdim ki, sübhədək söhbətə davam edək. Ustad çox ruhiyəli idi.  Mən bütün o illərdə Ustadı belə şurlu görməmişdim. Çox şad idi.

Şəhriyar bir ömür böyük şəxsiyyətlərlə məşhur şairlərlə, ədiblərlə ünsiyyətdə olmuşdu. Təbrizə qayıtdıqdan sonra bir müddət sonra xəlvətə çəkildi, xalqla rabitəsini kəsdi və daim Allahla idi.

Əlbəttə Ustadın şəninə uyğun görüşlər çox az baş verdiyi üçün o bu söhbətdən doymamışdı. Gecədən bir xeyli ötənədək Ağanın nəzakətləri və buyurduğu incə nöqtələr barəsində söhbət etdik. Xatırlayıram ki, Ustad, ağa Xameneinin ifadə tərzi barəsində bir nöqtə üzərində təkid etdi və bildirdi ki, uzun zamandır belə incəliklərə riayət olunmur və çox az şəxslər danışıqda belə incəliklərə riayət edirlər. Ağanın ifadəsindəki incəliklərdən biri də bu idi ki, Ustadın şerinə qədimdən marağı olması ilə bağlı xatirələrini danışarkən dedi: Cavanlıqdan onun şerlərini oxuyurdum, əzbərləyirdim və indi ki o “dünya görmüş köhnə bir kişidir” və … Ağanın uyğun ifadəsini Ustad onun nəzakətliyi, dəqiqliyi adlandırdı və bildirdi ki, Ağa bundan başqa  istənilən bir ifadəni işlətsəydi, belə nəzakətli olmazdı. Bu müraciət hansısa bir qoca kişini vəsf etmək üçün ən gözəl, ən ədəbi müraciətdir.

Həmin gecə Ustad dəfələrlə ağanın yaralı əlinə işarə etdi, sabahısı gün yanına gedəndə qarşıma bir şer qoydu, şerdə bu beytlər var idi.

Bizim canlı şəhidimiz…

“Heydər baba” nın qədim nüsxəsi

Prezidentliyi dövründə Ayətullah Xamenei ilə Ustad Şəhriyar arasında rabitə davam edirdi. Məsələn, Ustadın qohumlarından biri Ustadın dünya səviyyəli şah əsəri olan Heydər babanın qədim nüsxələrindən birini tapmışdı. Ustad göstəriş verdi ki, həmin qədim nüsxə ağaya təqdim olunsun və öz qəlimi ilə nüsxənin təqdim olunması münasibəti ilə bir şer və bir qeyd yazıb yolladı.

Şairə nəvaziş

Bir dəfə Ustad mənə dedi ki, könlüm ağa Xameneinin səsini eşitmək istəyir, kaş imkan olardı, telefonla öz məhəbbətimi bildirərdim. Ustad adətən telefonla danışmazdı. Hətta telefonla danışmağın qayda-qanunlarını bilmirdi. Məsələn “alo” demirdi. Telefonla danışmaqdan çəkinərdi. Odur ki, onun bu istəyi məni bir qədər təəccübləndirdi. Ağanın dəftərxanasına zəng etdim və dəftərxananın məsul şəxsi dedi ki, ağa Ali Müdafiə Şurasının komandirləri ilə fövqəladə toplantıdadır. Əgər zəruridirsə, toplantıda ikən ona xəbər verək, yox əgər təcili deyilsə toplantıdan sonraya saxlayaq. Mən təcili olmadığını dedim və xahiş etdim ki, fürsət olduqda əlaqə saxlanılsın. 15 dəqiqə keçməmiş zəng gəldi və Ağa ilə Ustad söhbət etdilər. Bu müasir dünyada, bir ölkə başçısının şairə nəvazişinin misal çəkməli nümunələrindəndir.

Şahnamənin sonu

Ağa, Ustad Şəhriyarın Tehran xəstəxanalarından birində istirahəti zamanı bir neçə dəfə şəxsən özü Ustada baş çəkməyə gəldi. Dəfələrlə öz tərəfindən nümayəndələrini Ustada baş çəkmək üçün göndərirdi.

Lakin şahnamənin sonu qəribə idi… 1367-ci ilin şəhrivər ayının 27-si sübhə yaxın Ustad xəstə baxıcısına buyurur ki, otağın işığını yandır və get, mənim qonağım olacaq.

 Baxıcı deyir ki, Ustad başını otağın bir tərəfinə çevirib, gözlərini həmin nöqtəyə dikmişdi. Ona bir daha baş çəkməyə gəldikdə təbəssümlə mənə dedi: Qonağım gəldi, bizi tənha qoy qızım. Mən özümü itirdim və bir qədər qorxu ilə otaqdan çıxdım, amma sonra fikirləşdim ki, pis halda olan xəstəni tək buraxa bilmərəm və otağa qayıtdım. Ustad mələkuta yüksəlmişdi.

Bu hadisə şəhrivərin 27-si sübh saat 4:45-də baş verdi.

Sübh namazından sonra həzrət Ağa şəxsən özü xəstəxanaya gəldi və Ustad Şəhriyar ilə vidalaşdı. Orada olan bir şahid Ağanın Ustadla vidalaşmasını çox qəribə vəsf etdi. Mən özüm şəxsən buna şahid olmadığım üçün Ağanın Ustadla vidalaşmasının necəliyi barəsində danışmıram. Bir neçə saat sonra Ağanın dəftərxanasından mənə zəng gəldi və Ağanın baş sağlığını dedilər. Ağa istəmişdi ki, dəfn və fatihə mərasimi yüksək səviyyədə keçirilsin və bu barədə istənilən bir maneə və ya problem yarandıqda onun özünə məlumat verilsin. Belə də oldu, Ustad Şəhriyarın cəsədini həzrət Seyyid Əbdül Əzimin hərəmi və  Heydər baba dağının ətəyində dəfn etmək istəyənlər tapıldı. Lakin biz əvvəlcədən təyin olunduğu kimi Ustadın cəsədini Təbriz şairlər məqbərəsinə apardıq. Dəfnin keçirilməsi ilə bağlı yaranmış bəzi problemlərdə ölkə başçısının dəftərxanasına müraciət etdik və o bizə lazimı köməkliyi göstərdi. Vilayətin rəsmiləri dəfn mərasiminin dərhal keçirilməsini istəyirdilər. Lakin mən bunun üç gün sonra olması tərəfdarı idim və bu məsələdə də ölkə başçısının dəftərxanası tərəfindən lazımı köməklik gösətərildi. Bu üç gündə bütün hazırlıqlar görüldü və dəfndə hamının iştirakı üçün fürsət yarandı.

Ölkə başçısının təşəbbüsü ilə dövlət bir gün ümumi matəm elan etdi. Vilayətin özündə isə üç gün ümumi matəm elan olundu. Ustad Şəhriyarın qırxından sonra ağa Xameneinin saysız lütflərinə təşəkkür etmək üçün onun görüşünə getdim və Ustad Şəhriyarın ədəbi və ürfani məqamının daim yaşatdırılması üçün 16 bənddən ibarət layihəni ona təqdim etdim. Həzrət Ağa həmin layihənin bütün bəndlərini həyata keçirdi.

Bu gün həmin işlərin bərəkətindən Ustadın rəsmi şəkildə və yüksək səviyyədə yad edilməsinin şahidiyik. Əgər Ağanın şairə nəvazişi olmasaydı bir çox düşmənlər və ya sadəlöv insanlar Ustadın  yüksək səviyyədə anılmasına mane olacaqdılar. Bu fitnələrdən sonuncusu şer və ədəbiyyat gününün Ustad Şəhriyarın vəfatı günündən başqa bir günə dəyişilməsi səyləri idi ki, Uca Məqamlı Rəhbərin kiçik təşəbbüsü ilə bu fitnənin qarşısı alındı.

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button