AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Hər bir şəhərdə böyük izdihamla əzadarlıq keçirin!

Ayətullah Seyid Həsən Amili Azərbaycan Respublikası əzadarlarına xitabən buyurub: Tasua və Aşura günləri hər bir şəhərdə böyük izdihamla əzadarlıq keçirin

 Ərdəbilin imam cüməsi deyib: Kərbəla və İmam Hüseynin (ə) şüarları bəşər cəmiyyətinin birləşməsi üçün normativ və beynəlxalq miqyaslı şüarlardır.

Qafqaz Mədəniyyət Mərkəzinin verdiyi məlumata əsasən Ayətullah Seyid Həsən Amili məhərrəm ayının istiqbalı münasibəti ilə 13-cü toplantıda Ərdəbildə məscidi-əzəmdə çıxış edərək deyib: Bu gün bizim 1400 illik mədəniyyətimiz düşmənin böyük ideoloji hücumuna məruz qalıb. Dini dəyərlərə istinadla, İmam Hüseynə (ə) eşqlə dini mədəniyyət irsini və dəyərləri müdafiə etmək, düşmən hücumlarının qarşısını almaq zəruridir.

Cənab Amili İmam Hüseyn (ə) isarının gənc nəsil üçün nümunə olduğunu vurğulayaraq deyib: “Müsəlmanlar, xüsusi ilə gənclər böyük İslam mədəniyyətinə ehtiram və İmam Hüseyn (ə) isarından nümunə götürməklə günahdan uzaq olmalıdır. İmam Hüseyn (ə) müsəlmanlar üçün layiqli və üstün bir nümunədir.

Ərdəbilin imam-cüməsi deyib: İmam Hüseyn (ə) İslam dəyərlərinin müdafiəsi və cəmiyyətin islahı üçün isar yolunu tutdu, onun bütün təlaşları sağlam İslam cəmiyyəti qurmaq üçün idi. İslam dəyərlərinə sadiq hakimiyyət üçün bu gün də belə bir mübarizə gündəmdədir, biz indi də İmam Hüseynə (ə) ehtiramla alçaq və hiyləgər düşüncələrlə mübarizə aparmalıyıq.

Cənab Amili buyurub ki, İmam Hüseynin (ə) şüarı beynəlxalq ölçülərə malik şüardır. O deyib: Bu gün həqiqi müsəlmanların vəzifəsi budur ki, İmam Hüseyn (ə) qiyamının məqsədlərini olduğu kimi təbliğ edib, yaysınlar. Çünki Kərbəla şüarları bəşər cəmiyyətinin tərəqqisi üçün verilmiş beynəlxalq ölçülü şüarlardandır. Xibrə məclisində Ərdəbil xalqını təmsil edən cənab Amili vilayətə tabeçilik və tayfabazlıqdan uzaqlığı İslam cəmiyyətinin hazırkı zərurətlərindən sayaraq buyurub: “Hicab və iffətin qorunması, əzadarlıqda ifratçılıqdan çəkinmək, əmr be məruf və nəhy əz münkərin dirçəldilməsi, vacib əmrlərə əməl etmək diqqət mərkəzində saxlanılası əsas məsələlərdəndir.”

Cənab Amili İmam Hüseynə (ə) ağlamağın fəziləti haqqında deyib: İmam Hüseyn (ə) üçün əzadarlıq və ağlamaq Peyğəmbərə (s) itaət və hörmət ünvanında yerinə yetirilir. Bu iş insanı Allahın qəzəbindən uzaqlaşdırır, bəlaların qarşısını alır. Allah-Taala Kərbəla hadisəsi zamanı İmam Hüseynə (ə) ağlamaq və əzadarlıq üçün 4 min mələk göndərdi.

Vəliyyi fəqihin ustandakı nümayəndəsi vəhabiliyin İmam Hüseynə (ə) əzadarlıq və göz yaşını şirk sayması ilə bağlı dedi: Sünnə əhli və şiələr arasında İmam Hüseynə (ə) ağlamaq yüksək dəyərə malikdir. Heç bir sünni bu işə qarşı olmayıb və özü də İmam Hüseyn (ə) əzasında göz yaşı axıdır. Vəhabilərin məqsədi sünnə əhli və şiələr arasında təfriqə yaratmaqdır. Onların bu təlaşı səmərə verməyəcək.

Cənab Amili İstanbulda və digər yerlərdə Aşura günü əzadarlıq üçün toplaşan şiələrə təşəkkür edib. Ərdəbilin imam-cüməsi Azərbaycan respublikası əzadarlarına xitabən deyib: Əgər İmam Hüseynə (ə) böyük xidmət göstərmək istəyirsinizsə Aşura günü hər bir şəhərdə böyük izdihamla əzadarlıq edin.

Cənab Amili yada salıb ki, dünyanın böyük gücləri Azərbaycan hökumətinə ölkədə vəhabiliyin gücləndirilməsi ilə bağlı göstəriş verib və onlara təzyiq göstərilməməsini tapşırıb. Cənab Amili deyib: Onların siz şiələrin şəxsiyyətini tanıması üçün Azərbaycan Respublikasında əzəmətli əzadarlıq keçirin. İzdihamlı əzadarlıq səbəb olar ki, ermənilər və vəhabilər Aşuranın mənasını anlayar, müsəlman Azərbaycan xalqının Aşura əhli olub, Aşura əhli qalacağını dərk edər.

Ərdəbilin imam-cüməsi Azərbaycan hökumətinə xitabən deyib: Azərbaycan dövləti əzadarlıq toplantılarından qorxmasın. Hüseyn (ə) əzadarlarını bu Respublikada vəhabilər və ermənilər qarşısında sıxıntıya salmaq olmaz. Əzadarlar İmam Hüseynə (ə) sevgilərini bacardıqları həddə əzəmətlə dünyaya göstərməlidir.

Cənab Amili Tasua və Aşura əzadarlıqlarında iştirakı vacib əmri yerinə yetirmək kimi dəyərləndirərək deyib: Hüseyn (ə) əzadarları bu mərasimlərdə dini dəyərləri qorumalı, vacib əmrləri yerinə yetirməlidir. Əzadarlıq təkcə hisləri yüngülləşdirmək üçün deyil. Həm də bu əzadarlıq məhərrəm ayının 10 günü ilə başa çatmır, bu qiyamın məqsədləri dirçəldilməlidir.

Cənab Amili məhərrəm ayı əzadarlığında fərdi və ictimai hüquqların gözlənilməsini zəruri sayaraq deyib: “Əzadarlıqlarda, şəbih və növhə mərasimlərində bidət əməllərə yol verilməməlidir. Məddahlar, vaizlər, şəbih oxuyanlar diqqətli olmalıdır ki, qeyri-münasib musiqi və ayinlərdən istifadə olunmasın, İmam Hüseyn (ə) qiyamının məqsədlərinə düzgün yanaşılsın.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button