ArxivSosialXəbər lentiXəbərlər

Nə üçün ” üç müsəlman ölkəsi arasında Ermənistanın yaradılması “YAP vəkilin baxımından

Heç yerdə yayımlanmayan fotosübutlar REAL-da

Bir neçə əsrlik məkr planı
Ermənistanın yaradildığı coğrafiya məqsədli seçilib

Paşinyanın təhlükəli niyyəti
Əli Həsənov: “Ermənistan bioloji silah hazirlayır”

YAP sədrinin müavini Əli Həsənov “Real İntervyu”dadır.

Aparıcı: Salam. İyul ayından başlayaraq cəbhə bölgəsində Ermənistan tərəfindən vəziyyət yenidən gərginləşdirilib. Artıq 2 aydır ki, cəbhə bölgəsində demək olar ki, sabitlik yoxdur. Son günlər yenidən Tovuz isitiqamətində Ermənistanın təxribatlarının şahidi oluruq.

Prezident İlham Əliyev həm televiziya kanallarına müsahibəsində, həm də BMT-dəki çıxışında bəyan etdi ki, Ermənistan təmas xəttinə və Azərbaycanla sərhədə qoşun toplayır və yeni müharibəyə hazırlaşır. Müsahibimiz YAP sədrinin müavini Əli Həsənovdur. Əli müəllimlə biz son aylarda yaranmış vəziyyəti müzakirə edəcəyik. Əli müəllim, xoş gördük sizi.

Əli Həsənov: Xoş gününüz olsun, Əvvəla, mən sizə təşəkkür edirəm. Təbii Tovuzda Ermənistan silahlı qüvvələri tərəfindən 2 ay ərzində artıq ikinci dəfədir ki, təxribat baş verir. Bu təxribatlar Ermənistanın baş naziri Paşinyanın və onun müdafiə nazirinin bilavasitə rəhbərliyi ilə baş verir. Məndə elə 2 ay bundan əvvəl də belə bir sual yarandı. Nə üçün Tovuz? Nə üçün başqa yer yox.

Yəqinki, oradan bizim iki strateji xəttimiz keçir. Bakı-Tibilisi- Ceyhan və Bakı-Tbilisi-Qars dəmir yol xətti. Yəqinki bunların hiyləgər planları var. Digər tərəfdən onların son dövrdə etdikləri təxribatın hamısı Azərbaycanı müharibəyə çəkməyə yönəlib. Bu da məqsədyönlüdür. Təsadüf ola bilməz. Onlar bilirlər ki, əgər Azərbaycan müharibəyə başlasa, Rusiya ordusu ilə üzləşə bilər.

Rusiya ilə konfilikt yarana bilər. Mənim düşüncəmə görə, bu məqsədlər üçündür. Bir sual məni həmişə düşündürürdü və hesab edirəm ki, bu məsələ ətrafında ümumiyyətlə mən şəxsən son 50 ildə müzakirə eşitməmişəm. Nə üçün Ermənistan o ərazidə yaranıb.Ermənistan başqa yerdə də yaradıla bilərdi. Əgər söhbət hansısa ermənilərin kompakt halında yaşamaqlarından gedirdisə, Rusiyanın cənubunda, Krasnadar vilayətində bir neçə şəhərdə xeyli kompakt yaşayırlar.

Fransada, Yaxın Şərqdə, Livanda, AmerikanınKaliforniya, digər ştatlarında kompakt yaşayırlar. Bəs nə üçün oraya gətirildi bu dövlət. Sualın cavabını özüm tapmışam. Bir həftədir mən hazırlaşırdım sizinlə müsahibəyə. Bu regionda 3 müsəlman dövləti var. Türkiyə, İran, Azərbaycan. Məhz bu dövlət o məqsədlə 3 müsəlman dövlətinin ətrafında yaradılıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button