AktualAktualArxivFatimi yaşayişIslamŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər

Həmidriza Asifi: Ermənistanın Təl-Əvivdə səfirlik açması bir növ İslam ölkələrinə qarşı çıxmaqdır

 

Qafqaz Həqiqətləri xəbər verir ki, İranın sabiq diplomatı “Gənc Jurnalistlər Klubu”-na verdiyi açıqlamasında Ermənistanın öz səfirliyini Təl-Əvivə köçürmək qərarına toxunaraq deyib: “Ermənistan dövlətinin bu hərəkəti məsuliyyətsiz yanaşma və qeyri-konstruktivdir. Ermənistanın Təl-Əvivdə səfirlik açması BMT-nin qətnamələrinə diqqət yetirməmək və beynəlxalq diplomatiyanın əksinə əməl etməkdir.”

Sabiq diplomat əlavə edib: “Ermənistanın Təl-Əvivdə səfirlik açması bir növ İslam ölkələrinə qarşı çıxmaqdır. Fələstin məsələsi dünyada bir milyard insan üçün əhəmiyyət daşıyır.

Bu məsələyə hər cəhətdən baxsaq onun səhv addım olduğu və məntəqə ölkələrinin münasibətlərinə zərər vurduğu görünür.

Mənə elə gəlir ki, Ermənistanın yeni dövləti Amerikanın təsiri ilə öz səfirliyini işğal edilmiş ərazilərə köçürmək istəyir. Çox az ölkədən başqa heç bir ölkə bu addımı atmayıb.”

Sabiq səfir vurğulayıb: “İslam ölkələri ilə əlaqələri qorumaq Ermənistanın xeyrinədir və bunun üçün öz əməlinin nəticəsinə diqqət yetirməsi lazımdır. Bu istiqamətdə Tehran da qonşu ölkələrlə münasibətlərində müxtəlif diplomatik potensiallarından istifadə etməlidir.”

Ermənistanın son addımını sionist rejimin Qərbi Asiya ölkələri ilə münasibətləri normallaşdırması istiqamətindəki təlaşlarının nəticəsi kimi dəyərləndirən Həmidriza Asifi deyib: “Regionun bəzi ölkələrinin sionist rejimlə müzakirə qapısını açması, habelə Amerikanın təzyiqləri Ermənistanın bu addımında təsirsiz deyildir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button