ArxivXəbər lentiXəbərlər

Paşinyanın bloku yeni parlamentdə 88 kürsü qazanıb

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nokol Paşinyanın “Mənim addımım” bloku 132 yerli parlamentə yeni seçkilərdə 88 yer qazanıb.
qafqaz.ir FaktXəbər-in verdiyi melomata  görə, bu barədə media nümayəndələrinə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Makuçyan bildirib.
“7-ci çağırış Ermənistan Parlamenti 132 deputatdan ibarət olacaq. “Mənim addımım” 88 yer qazanıb. “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” müvafiq olaraq 26 və 18 yerə sahib olub”, – Makuçyan deyib.
Qeyd edilir ki, Ermənistan Konstitusiyasına əsasən ölkə prezidenti parlamentdə çoxluğun təqdim etdiyi baş nazir namizədini təsdiqləməlidir. Bundan sonra isə Nazirlər Kabineti formalaşmalıdır.
Bundan əvvəl bildirilmişdi ki, Paşinyanın bloku seçkilərdə 70.44 faiz səs toplayıb

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button