ArxivIslamXəbər lentiXəbərlər

Hacı İlham Əliyev: `İsrailin hədəfi bölgədə özünə ayaq qoymağa zəmin yaratmaqdır`

AİP-nin Sədr Əvəzi Hacı İlham Əliyev, müsahibəsi zamanı bildirib ki, sionist İsrail rejiminin Azərbaycana yaxınlaşmasının səbəbi bölgədə özünə ayaq qoymağa zəmin yaratmaqdır.
 
“İsrailin hədəfi bölgədə özünə ayaq qoymağa zəmin yaratmaqdır”.
 
Maide.Az məlumat verir ki, bunu Azərbaycan İslam Partiyasının Sədr Əvəzi Hacı İlham Əliyev, xüsusi müsahibəsində deyib.
 
 
Sionist rejiminin baş nazirinin Azərbaycana səfərdən məqsədi nədir?
Bu nəhs səfərdən bir neçə xoşagəlməz hədəfləri anlamaq olar;
1. Qonşu ölkələrdə qıcıq yaratmaq və onlara xüsusi mesajlar vermək.
2. Vəhdət həftəsində, İslam ümmətinin bir araya gəlib öz cüzi ixtilaflarını kənara qoyub, İslam düşmənlərinin əleyhinə etdikləri zamana salınması bunun göstəricisidir ki, bunların hədəfi müsəlman Azərbaycan xalqını İslam ümmətindən təcrid etsinlər və Azərbaycanı öz səmimi dostu və müttəfiqi kimi göstərsinlər.
 
 
Netanyahunun səfəri Azərbaycanın milli maraqlarına nə vəd edir?
Bu uşaq qatilinin dünyada etdiyi səfərlərin heç bir ölkə və millət üçün uğurlu olmayıb. Hər hansı bir ölkəyə gedibsə, orada xalq onun əleyhinə etiraz yürüşləri keçirərək onun gəlişini pisləyərək rədd edib. Gəlişinin ziyandan başqa heç bir faydasının olmadığını bildiriblər. Bu qaydadan Azərbaycan xalqı da müstəsna deyil.
 
 
Benyamin Netanyahunun Azərbaycan səfəri xalq tərəfindən necə qarşılanır?
Təbiidir ki, Azərbaycan xalqı belə bir dönəmdə dünya səviyyəsində cinayətkar uşaq qatili kimi tanınan bir şəxsin səfərini məkrli, hiylədolu səfər, pərdə arxasında hansısa təhlükəli hədəflərin olduğu düşünür.
 
 
İsrailin Azərbaycana yaxınlaşmasının səbəbi nədir?
Əvvəldə qeyd etdiyimiz kimi bu yaxınlığın səbəbi qonşu ölkələrdə, xüsusən İİR-da qıcıq yaratmaq və bölgədə özünə ayaq qoymağa zəmin yaratmaqdır.
 
 
Bu səfər Azərbaycanın islami hüviyyət və imicinə necə bir zərbə vurur?
Bəli, dəqiqən elə bu səfərdən nəzərdə tutulan hədəflərdən biri də məhz elə budur ki, müsəlman Azərbaycan xalqını dünya müsəlmanlarının gözündə aşağılayıb və özünə dost kimi göstərsin. Bu səfərin məqsədi İslam ümmətində təfriqə salmaq, müsəlmanları bir-birindən ayırmaqdır. (iqna) /
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button