ArxivXəbər lentiXəbərlər

Gürcüstandakı xarici şirkətlərin 5 faizi Azərbaycan vətəndaşlarına məxsusdur

2015-2018-ci illərdə əcnəbi vətəndaşlar Gürcüstanda 32 746 sahibkarlıq subyekti təsis edib.

 bu göstərici Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının 2019-cu il üzrə “Miqrasiya profili” hesabatında əks olunub.

Son dörd ildə qonşu ölkədə yaradılan şirkətlərin böyük əksəriyyəti İran (31%), Türkiyə (14%) və Rusiya vətəndaşlarının (7%) payına düşüb.

Hesabat dövründə Gürcüstanda xarici vətəndaşların qurduqları şirkətlərin yalnız 5%-i Azərbaycan vətəndaşlarına məxsus olub. Biznes subyektlərinin 6%-ni Hindistan, 5%-ni Ukrayna, 32%-ni isə digər ölkə vətəndaşları təsis ediblər.

Yalnız 2018-ci ildə qonşu ölkədə yaradılan şirkətlərin 7 439-nun təsisçiləri yalnız əcnəbilər, 1 217-sinin isə ən azı bir təsisçisi xarici ölkə vətəndaşı olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button