ArxivSosialXəbər lentiXəbərlər

Gürcüstandakı sonuncu kənddə karantin rejimi ləğv olundu

qafqaz.ir “NewsGeorgia”-ya istinadən xəbər verir ki, bu gündən etibarən Gürcüstanın koronavirusa görə “qapadılmış” sonuncu zonasındakı – Kvemo-Kartli diyarında yerləşən Bolnisi rayonunun Dəllər kəndində karantin rejimi ləğv edilib.

Diyarın rəsmisi bildirib ki, artıq kənd sakinləri Gürcüstanın digər hissələrinə sərbəst səfər edə bilərlər.

Qeyd edək ki, azərbaycanlıların yaşadığı Dəllər kəndi 25 apreldən etibarən 67 gün idi ki, karantinə alınmışdı.

İlkin plana əsasən, Dəllər kəndindəki sərt karantin məhdudiyyətləri 6 iyulda ləğv edilməli idi. Lakin epidemioloqların müvafiq rəylərinə əsasən, qərar vaxtından əvvəl icra edildi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button