ArxivXəbər lentiXəbərlər

Gürcüstanda müsəlmanlara kompensasiya verildi

Gürcüstanda “sovet totalitar dövründə” zərər çəkən bir neçə dinə kompensasiya verilib.

 Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Zaza Vaşakmadze bildirib.

 “Dövlət yaxşı niyyət nümayiş etdirdi və bir neçə milyon ayırdı”, –  baş nazir İrakli Qaribaşvili qarşısında hesabat verən Zaza Vaşakmadze deyib.

 Komitə sədrinin sözlərinə görə, ayrılan vəsaitlər artıq bir neçə dini birləşmənin hesabına köçürülüb. Kompensasiyanın ümumi məblığinin təxminən 2,6 milyon dollar təşkil etdiyi deyilir. Məlumata görə, söhbət pravoslav, müsəlman, katolik və qriqoryan dini qurumlardan gedir.

 Qeyd edək ki, SSRİ dövründə müxtəlif dinlərin nümayəndələri təqib olunur, dini müəssisələr bağlanmışdı. İdeoloji nöqteyi-nəzərdən SSRİ-də ateizm təbliğ edilirdi.

Ömər Dağlı

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button