ArxivNardaranXəbər lentiXəbərlər

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov sərbəst buraxıldı

Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov sərbəst buraxılıb

Bu barədə APA-ya N. Kərimov özü məlumat verib.

O qeyd edib ki, 6 saatdan çox Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsində ifadə verib. İfadəsi Nardaranda baş verən hadisələrlə bağlı olub.

İstintaq sirri olduğu üçün o, ifadəsinin detallarını açıqlamayıb.

Qeyd edək ki, N. Kərimov bu gün Baş Prokurorluğa aparılıb.

 

Nardaran sakini Natiq Kərimovun saxlanılmasının səbəbləri məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, N. Kərimov Nardaran hadisələri ilə bağlı ifadə vermək üçün Baş Prokurorluğa aparılıb.

***

13.40. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, N. Kərimov Nardaran hadisələri ilə bağlı ifadə vermək üçün Baş Prokurorluğa aparılıb.

Polis Nardaran Ağsaqqllar Şurasının sədri Natiq Kərimovu saxlayıb. “Report”un xəbərinə görə, N. Kərimov şəxsi avtomobili ilə qəsəbədən çıxarkən Nardaranın giriş-çıxışında qurulmuş postda tutulub. Onun Sabunçu rayon Polis İdarəsinə aparıldığı bildirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button