ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstanda Məhərrəmlik mərasimləri izdihamlı şəkildə keçirilib – FOTOSESSİYA

Bu il də Tbilisi məscidində qanvermə aksiyası təşkil olunub.

Gürcüstanın Marneuli, Qardabani, Bolnisi kimi bir çox şəhər və kəndlərində, həmçinin paytaxt Tbilisidə Cümə məscidində (və digər səkkiz yerdə) 10 günlük Məhərrəmlik mərasimləri Hüseynsevər müsəlmanların iştirakı ilə izdihamlı şəkildə keçirilib.

Gürcüstan Müsəlmanları İdarəsindən verilən məlumata görə, məhərrəm ayının əvvəlindən etibarən axşam namazından sonra təşkil olunan mərasimlərdə Quran və dualar oxundu, söhbətlər edildi, mərsiyələr oxundu və hər axşam Ehsan süfrələri açıldı. Bu il də də Tbilisi məscidində də qanvermə aksiyası təşkil olundu. Onlarla müsəlman qan çatışmamazlığından əziyyət çəkən xəstələrə öz qanlarını bağışladılar.

Gürcüstan Müsəlmanları İdarəsi İmam Hüseynin (ə) Kərbəla qiyamını xatırladan və dinimizi öyrənməyə şərait yaradan belə məclislərinin təşkilində hər növ zəhmət çəkənlərə Allahdan əcr diləyir, dua və ehsanların ali dərəcədə qəbul olunmasını istəyir.

İslamazeri.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button