ArxivXəbər lentiXəbərlər

Gürcüstanda koronavirusa yoluxanların sayı 796-ya çatdı

Gürcüstanda daha 2 nəfərdə koronavirus aşkarlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 virus infeksiyasına yoluxanların sayı 796-ya çatıb. Onların 634-ü artıq sağalıb, 12-si isə ölüb.

Hazırda ölkə üzrə karantində 2 508, stasionar nəzarətdə isə 300 nəfər saxlanılır. Xaricdən gətirilən Gürcüstan vətəndaşı da vətəndə koronavirusdan müalicə olunur.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button