ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstanda Hz. Mehdinin (ə.f) mövludu ilə bağlı tədbir keçirildi – FOTOLAR

Dünən Gürcüstanın Rustavi şəhərində Həzrət Mehdinin (ə.f) bu həftəyə təsadüf edən mübarək doğum günü münasibəti ilə bayram tədbiri keçirilib.

İslamazeri.com xəbər verir ki, ətraf rayon və kəndlərdən din, elm və ictimaiyyət xadimlərinin qatıldığı tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, müftisi, həmçinin İran və Azərbaycandan dəvət olunan alim, şair və məddahlar iştirak edib.

Vidadi Qurbanovun aparıcılığı və Quran tilavəti ilə başlayan mərasimdə öncə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, müfti Hacı Yasin Əliyev iştirakçıları və ölkə müsəlmanlarını təbrik edib, Məhdəviyyət ideyasının İslam məzhəblərində qeyd olunduğunu vurğulayıblar. Xilaskarın məhz Peyğəmbər (s) Əhli-beytndən (ə) olması və hazırkı dövrdə o Həzrətin intizarında olan müsəlmanların vəzifələri haqqında danışıblar.

Sonra Əhli-beyt şairləri Hacı Elşən Xəzər və şair Ustad Qəffari Hz. Mehdi (ə.f) haqqında yazdıqları yeni şeirləri oxuyublar.
Tədbirin əsas xətibi olan Ayətullah Seyyid Əli Xameneinin nümayəndəsi, tanınmış din alimi Seyid Əliəkbər Ocaq Nejad çıxışı zamanı Hz. Mehdinin (ə.f) haqqında bir neçə Quran ayələrini izah edib, qeybət dövründə yolunu gözləyən möminlərin məsuliyyət və xüsusiyyətlərindən geniş söhbət edib.
Mərasimə qonaq olan İranın Hz. Mehdi (ə.f) adına Araşdırma Mərkəzinin sədri Pur Seyyid Ağayi təbrik və ürək sözlərini iştirakçılara çatdırıb.

Tədbirin sonunda Əhli-beyt məddahı Fərşad Xəndani Hz. Mehdinin (ə.f) şəninə mədhiyyə və qəsidələr oxuyub və Səid Həsənin ifasında dini ilahilər səsləndirilib. Nəhayət mərasim İmam Zaman (ə) duası ilə sona çatıb. İştirakçılar bayram süfrəsi ətrafında təəssüratlarını bölüşüb.
Gürcüstanda Hz. Mehdinin (ə.f) mövludu ilə bağlı tədbir keçirildi – FOTOLAR

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button