ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstan parlamentinin azərbaycanlı deputatı hakim partiyadan ayrılmayacağını açıqlayıb

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyev parlament çoxluğu olan “Gürcü Arzusu” partiyasından ayrılmayacağını açıqlayıb.
“Gürcü Arzusu-Mühafizəkarlar” fraksiyasından olan millət vəkili son hadisələrə görə fraksiyadan ayrılmaq fikrində olmadığını açıqlayıb. Ruslan Hacıyev eyni zamanda, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvüdür.
Bu gün “Gürcü Arzusu-Mühafizəkarlar” fraksiyasının 6 üzvündən 3-ü – Zviad Dzidziquri, Nino Qoquadze və Qiqa Bukia fraksiyadan ayrıldıqlarını açıqlayıblar.
Bununla da ötən gün Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişinin qəbul edilməməsindən sonra hakim partiyadan ayrılan millət vəkillərinin sayı 12-yə çatıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button