ArxivXəbər lentiXəbərlər

Gürcüstan ombudsmanı: “Milli azlıqların mədəni irsinin qorunması istiqamətində heç bir addım atılmayıb”

Gürcüstan ombudsmanı Nino Lomcaria 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar bəyanat yayıb.

“Report”un yerli bürosu xəbər verir ki, sənəddə Gürcüstanda yaşayan milli azlıqların üzləşdikləri əsas problemlər də əksini tapıb.

Ombudsman bildirib ki, ölkədə milli azlıqların hüquqlarının qorunması və vətəndaş inteqrasiyası üçün dövlət tərəfindən görüləcək zəruri tədbirlər qalmaqdadır.

N.Lomcaria vurğulayıb ki, milli azlıqların qərarvermə prosesində iştirakı, təhsil hüququnun səmərəli həyata keçirilməsi, mövcud proqramlar və xidmətlər barədə məlumat və yerli idarəetmənin həyata keçirilməsində iştirak etmək problem olaraq qalır.

Milli azlıqların təhsilinin yaxşılaşdırılması və dövlət dilinin tədrisinin vacibliyini qeyd edən ombudsman müəllimlərin ixtisasının artırılması və tədrisin keyfiyyəti ilə bağlı problemlərin qaldığını bildirib.

İnsan haqları üzrə müvəkkil bəyanatında milli azlıqların mədəni irsinin qorunması məsələsinə də toxunub. O qeyd edib ki, əvvəlki illərdə olduğu kimi mədəni irsin bərpası və qorunması istiqamətində dövlət heç bir əhəmiyyətli addım atmayıb.

Bəyanatda həmçinin vurğulanıb ki, dini azlıqlar uzun illərdir sovet dövründə müsadirə edilmiş tarixi-dini əmlakların qaytarılmasını tələb etsələr də, bu sahədə hələlik effektiv tədbirlər həyata keçirilməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button