AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatŞəxsiyyətlərXəbər lentiXəbərlər

Görkəmli şiə alimi həzrət Ayətullah Əllamə Əmininin vəfatı münasibətilə

Qafqaz Həqiqətləri xəbər verir ki, şiənin görkəmli alimi və məşhur “Əl-Ğədir” kitabının müəllifi Əllamə Əmini kimi tanınan Əbdül-Hüseyn Əmini 1320-ci hicri-qəməri (m.1902) ilində Təbrizdə elm və təqva mərkəzi sayılan bir evdə dünyaya gəlmişdir.

Əllamə Əmininin atası Şeyx Əhməd Əmini Təbrizi öz dövrünün fəqih və müctəhidlərindən olmuş və h.q 1304-cü ildə Təbrizə köçmüş və həmişəlik olaraq orada məskunlaşmışdır. Əllamə Əminin babası Molla Nəcəfqulu da Əminuş-şəriət (Şəriətin əmini) ləqəbi ilə tanınırdı. Əllamənin soyadı da həmin ləqəbdən götürülmüşdür.

Əllamə Əmini təhsilini atasının yanında başlamış, ondan fars və ərəb ədəbiyyatı, məntiq, fiqh və üsul elmlərini öyrənmişdir. Bunlarla yanaşı, o, hədis və kəlam elminə də çox müştaq olmuşdur.

Əllamə 16 yaşında ikən təhsilini davam etdirmək üçün Nəcəfi-əşrəfə yolanır və 32 yaşına kimi burada ilahi maarif kəsb etməklə məşğul olur. Bu illərdə Ayətullah Seyid Məhəmməd ibn Məhəmmədbaqir Hüseyni Firuzabadi, Ayətullah Seyid Əbu Turab ibn Əbül-Qasim Xansari, Ayətullah Mirza Əli ibn Əbdül-Hüseyn İrəvani, Ayətullah Mirza Əbül-Həsən ibn Əbdül-Hüseyn Meşkini kimi böyük alimlərin yanında elm öyrənir.

Əllamə 32 yaşında vətəni Təbrizə qayıdır və qısa müddət burada yaşayır. Həmin müddətdə dəyərli “Fatihətul-Kitab” təfsirini yazır.

O, ikinci dəfə Nəcəfi-əşrəfə üz tutur və burada təhqiq, tədris və mütaliə ilə məşğul olur, böyük alimlərin və təqlid mərcələrinin elmi məclislərində iştirak edir, yüksək ictihad elmi dərəcəsinə nail olur.

Onun əsərləri arasında “Əl-Ğədir”, “Fatihətul-Kitab”, “Şuhədaul-fəzilət”, “Sirətuna və sunnətuna”, “Səmərətul-əsfar”, “Riyazul-uns”, “Əl-Məqasidul-illiyyət”, “Kamiluz-ziyarat”, “Əlamul-ənam fi mərifətil-mulk”, “Risalə dər elmi dirayə”, “Risalə dər niyyət”, “Təshihu Vəsailuş-şiə” kitablarına işarə etmək olar.

Əllamənin “Fəzilət yolunun şəhidləri” adlı ilk kitabı onun bərəkətli ömrünün 35-ci ilində çapdan çıxmışdır. Bu kitab 4-cü əsrdən 14-cü əsrə kimi yaşamış və şəhid olmuş 130 müsəlman və şiə alimlərin həyatından söz açır. Bəzi tədqiqatçılar bu kitabın İngiltərə istismarçılığına reaksiya, yadlar qarşısında şücaət və müqavimətin təlimi məqsədilə yazıldığına inanırlar. Əllamə bu kitabı yazmaq üçün İran və İraq kitabxanalarından faydalanmışdır.

O, Kəbə mövludunu Peyğəmbərdən (s) sonra İslam ümmətinin mehvəri adlandırır.

Əllamə Əmini Nəcəfi-əşrəfdə təsis etdiyi kitabxana ilə şiə aləminin böyük universitetini kitabla təmin edir. Alimin dəyərli irsi sayılan “İmam Əmirəlmöminin (ə)” adlı kitabxana keyfiyyət baxımından İslam dünyasının ən dəyərli elmi kitabxanaları sırasındadır.

Yorulmaz təlaşlar “Əl-Ğədir” müəllifini cismi xəstəliyə düçar edib xəstələndirdi. Böyük fəqih 28 rəbius-sani, 1390-cı hicri-qəməri (m. 3 iyul 1970) cümə günü zöhr azanına yaxın, 70 yaşında ikən uca mələkuta qovuşdu. Onun cənazəsi Tehranda müşayət edildikdən bir neçə gün sonra Nəcəfi-əşrəfə aparıldı və orada İmam Əlinin (ə) hərəmini təvaf etdirildikdən sonra özünün təsis etdiyi ümumi kitabxanada dəfn edildi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button