AktualAktualArxivFatimi yaşayişIslamtahlil va magaleXəbər lentiXəbərlər

General Süleymaninin şəhadətinin Azərbaycanda təsirləri

Son həftələrdə general Hacı Qasim Süleymaninin şəhadətinin Azərbaycan Respublikasına təsirləri bu ölkənin siyasi və media səviyyələrində araşdırıldı. Azərbaycan əhalisinin çoxu istər dindarlar olsun, istərsə də sekular düşüncəlilər, xüsusilə də ictimai-dini qurum və təşkilatların rəhbərləri Amerikanın İslamın igid sərkərdəsini terror etməsini və bu haqda verdiyi açıqlamalarını bu şəhid müsəlman sərkərdə üçün iftixar saydılar. Lakin bir sıra siyasi ünsürlər, pantürkçü, anti-İslam və sionist dairələrə bağlı medialar bu ölkənin iftixarlı əhalisinin fikirləri ilə müxalif olaraq general Süleymaniyə qarşı hörmətsizliyə yol verdilər.

Azərbaycanda fəal pantürkçülər və sionistçilər ölkə əhalisinin fikirlərinin əksinə olaraq, öz boş iddialarına dəlil olaraq Tramp və Netanyahunun general Süleymani barədə əsassız və həqiqətdən uzaq iddialarını təkrar edirdilər. Bəzən də bu iddiaları yerliləşdirib anti-Süleymani yalanlara əl atır, tamamilə yalan və böhtan olaraq İslam sərkərdəsinin Azərbaycan Respublikası ilə düşmən olduğunu deyir və bu yalanları tirajlayırdılar. Lakin bu yalanları tirajlamaq şəhid Hacı Qasim Süleymaninin pak simasını ləkələyə bilmədi, üstəlik əks nəticə də verdi, bu yalanları yayanları daha artıq rüsvay etdi.

Digər tərəfdən İslamın igid sərkərdəsi ilə iftixar edənlərin şəhidin məslək və məktəbi ilə fəxr etmələri üçün tutarlı dəlilləri var idi. Onların arasında Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri və Cümə məscidinin imam camaatı Hacı İlqar İbrahimoğlu, İslam Partiyasının həbsdə olan sədri Hacı Mövsüm Səmədov, İslam Birliyi Hərəkatının sədri Hacı Tale Bağırov, Hacı Abgül Süleymanov və digər ruhani və fəalların mesajlarında dəyərli faktlar yer alırdı. Son on ildə general Süleymaninin mücahidlikləri, İslamı, regionu, hətta dünyanı çox böyük bir bəladan xilas etməsi Azərbaycanın düşüncə adamlarının mesaj və çıxışlarında yer almışdı. Daha ciddi diqqət etməli və gələcəyə aid olan məsələ isə general Süleymani və onun silahdaşlarının tökülən pak qanlarının digər ölkələr kimi Azərbaycana qoyacağı təsirləri üzərində düşünməkdir.

Çox güman ki, general Süleymaninin şəhadətinin Azərbaycanda yaratdığı fikri hərəkat, bu ölkə xalqının Amerika və sionist rejimə, Vaşinqton və Təl-Əvivin terrorçu siyasətlərinə öz nifrətlərini elan etmələri, şəhid general Süleymani və İslami İrana sevgilərini bildirmələri ötəri və tez keçib gedən bir mövzu olmayacaq. Elə buna görə də bu müsbət hərəkatın müxalifləri geniş təbliğat kompaniyası işə salaraq onun Azərbaycanda müsbət təsirlərini azaltmağa səy edirdilər. Bu istiqamətdə hər gün tanınmış adamlardan müsahibə alır, general Süleymaniyə qarşı düşmənçilik mövzulu məqalələr nəşr edirdilər. Bütün bunlar düşmənin general Süleymaninin şəhadətinin müsbət təsirlərindən bərk qorxduğunu göstərirdi. Hətta media sahəsində təhlükəsizlik ünsürləri arasında Azərbaycanın sabiq təhlükəsizlik məmurlarından olmuş İlham İsmayıl çox həyasızcasına təklif etdi ki, aidiyyatı orqanlar sosial şəbəkələrdə general Süleymaniyə sevgi və hörmət mövzulu sözlər yazan istifadəçiləri vətən xaini kimi tanısın və bu məsələni öz gündəliyinə salsın.

İndi də general Süleymaninin şəhadətinin Azərbaycanda təsirlərinə nəzər salaq.

  1. Azərbaycanda bəsirətin artması

Azərbaycan Respublikası əhalisi bundan qabaq da general Süleymaninin adını eşitmişdilər və bu iranlı sərkərdənin Suriya, İraq, Livan və Fələstində mücahidliklərindən xəbərləri var idi. Lakin Qasim Süleymaninin şəhid olması ilə iranlı sərkərdənin kim olmasını, onun örnəyini, müsəlmanları müdafiə etməyin Allah yanında hansı savab və mükafata layiq olduğunu bilməyən qalmadı. Kommunizmin viran olmuş fikirləri üzərində qurulmuş camiəyə ötən otuz ildə də kommunizm qalıqları, sekular, qərbyönümlü məfkurələr, multikulturalizm hakim olduğundan, medialar və mədəni mərkəzlər pantükrçü və sionist cərəyanların əlinə keçdiyindən cihad, şəhadət, hicab, şiə və müqavimət kimi məfhumlar təbliğat hücumlarına məruz qalmış, daima xalqa tövsiyə olunmuşdur ki, qərb dəyərləri, sionizm dostluğu, boz qurd əfsanələri kimi cərəyanlar qarşısında dözüm göstərsinlər, əməl sahəsində də bütün dövlət və qeyri-hökumət imkanlarından istifadə edilərək zülm, işğalçılıq, yadpərəstlik, pozğunluq, eyş-işrətə, haram işlərə məşğul olmaq qarşısında cəmiyyətdə təslim əhval-ruhiyyəsi yaradılmışdır. Belə bir cəmiyyətdə birdən-birə xalq xəbərlərdə Allah yolunda cihad edənin qanının tökülməsindən yaranan heyrətli təsirləri görür.

Mümkündür, bu hadisənin Azərbaycana qəbul etdirilmiş siyasət və yanaşmaya heç bir təsir qoymayacağı, bu ölkənin yenə də azərbaycançılıq adı altında pantürkizm tərvici yolunda qalacağı və multikulturalizm adı altında sionizmin məqsədləri istiqamətində hərəkət edəcəyi deyilsin. Lakin Azərbaycan xalqının sosial şəbəkələrdə və real həyatda açıqladığı fikirləri araşdırdıqda onların fikirlərində İslamın Allah yolunda şəhadət, mücahidlik və fədakarlıq kimi uca dəyər və məfhumları, küfr və şeytani qüvvələr qarşısında müqavimət barədə çox heyrətli oyanışın yarandığı görünür. Bu zəka və oyanış hərəkatının belə tezliklə aradan qalxacağına inanmaq çox sadəlik olardı.

Sözsüz ki, Azərbaycanda mömin qruplar və təbliğçilər bu oyanış və bəsirət prosesinin davam etməsinə təlaş edəcəkdir.

  1. Pantürkizm və sionist təbliğçilərinin iç üzünün açılması

Şəhid Süleymani və silahdaşlarının qanlarının axıdılmasının Azərbaycan Respublikası xalqı üçün digər bir müsbət təsiri də oldu. Bu ölkə xalqı “azərbaycançılıq” və “multikulturalizm” aldadıcı adları altında gizlənmiş cərəyan və ünsürlərin iç üzünü gördü, onların Azərbaycanın mədəniyyət və tarixi ilə heç bir əlaqəsinin olmadığını bildi. Necə ki, İslamın igid sərkərdəsi və qəhrəmanı ilə iftixar edənlər dəfələrlə təkid etmişdilər ki, Azərbaycan Respublikası xalqının zat və kimliyi Əhli-Beytə (ə) məhəbbətlə yoğrulub və allahsız kommunist rejiminin on illər boyu hakimiyyəti bu zat və kimliyi Azərbaycan xalqından ala bilməmişdir. İndi illər uzunu kommunist, millətçilik, pantürkizm, sionizm və qərb məfkurə təlimlərinin hücumlarına məruz qalmış bir xalq öz zat və kimliyi əsasında Əhli-Beyt (ə) müdafiəçilərinə sevgi sərgiləyir və onlarla fəxr edir. Həmin xalq açıq şəkildə görür ki, bu ölkədə üzdə millətçiliyi şüar edən və işlərin idarəçiliyini öhdəsinə alan, zəli kimi bu millətin qanını soran cərəyanlar Azərbaycan Respublikası xalqının həqiqi zat və kimliyinin düşmənləridir. Son günlərdə şəhid Hacı Qasim Süleymaniyə qarşı düşmən mövqei tutan və onun əleyhinə çıxış edənlərin ad və simaları xalq üçün daha artıq bəlli oldu. Bu ad və simalar Azərbaycan Respublikası xalqının yaddaşında həkk olmalı, siyasi yanaşmalarda və ictimai istiqamətlərdə nəzərə alınmalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button