ArxivXəbər lentiXəbərlər

Ustad Şəhriyarın şagirdi doktor Əsğər Fərdi vəfat edib

Təbrizli şair, ədib, tədqiqatçı və sənədli filmlər hazırlayan və Ustad Şəhriyarın şagirdlərindən olan Əsğər Fərdi dünən gecə Təbrizdəki ata evində ürək dayanması nəticəsində əlli beş yaşında vəfat edib.

Bu təbrizli ədəbi şəxsiyyət şer və ədəbiyyatdan tutmuş mədəniyyət və diplomatiyaya qədər müxtəlif sahələrdə müvəffəq və təsirli simalardan idi. Fərdi Arazın o tayındakı mədəniyyət mərkəzlərinin İranla dostluq şəbəkələrinin formalaşmasında böyük rol oynayıb və Ustad Şəhriyarın adının mehvər olması ilə qonşu ölkələrdə İransevərliyin yayılmasında böyük səylər göstəribdir.

Bu tanınmış yazar illər boyu Ustad Şəhriyarı müşayiət etməkdən əlavə, özündən bir çox səsli və yazılı əsərlər qoyubdur. Bunlara, “Safi Təbrizinin divanı”na düzəliş və onun nəşri, “Şəhriyar və İnqilab”, “Təbriziyyat” və “Bizim qiyamımız” əsərlərini, həmçinin bir neçə səsli albomu misal çəkmək olar.

Bəlkə də mərhum Fərdinin ən mühüm işi, Ustad Şəhriyarı müşayiət etmək, Şəhriyarın ömrünün sonuncu on ilinin bəzi məşhur şerlərinin yaranmasında ilhamverici olmaq və əlbəttə ki, Şəhriyarın səsini yaşatmaq olubdur.

Mərhum Əsğər Fərdi şer yazmaqdan əlavə, media və sənədli filmlər hazırlamaq sahəsində də ölməz tədqiqat və nəsr əsərlərinə malikdir.

“17 Qafqaz şəhəri”, “Xəzər” və “Sibirdəki iranlılar” kimi sənədli filmlər onun sənədli filmlərin hazırlanması sahəsindəki ölməz əsərlərindən sayılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button