ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Lənkəranda inanclılara qarşı zorakılıq: Saxlanılanlar var

29 iyun axşam saat 23 radələrində dini mərasimin keçirildiyi fərdi evə polis müdaxiləsi yerli sakinlər tərəfindən narazılıqla qarşılanıb.

Hadisə iştirakçılarının verdiyi məlumata görə, İlqar Əzimzadənin evində Qədir Xum günü münasibətilə təşkil olunan mərasimə müdaxilə onların təhqiri və döyüməsi ilə müşahidə olunub.

Bundan sonra iştirakçıların hamısı (red- saxlanılanların sayının 25-30 nəfər arasında olduğu təxmin olunur) polis təzyiqi altında maşınlara mindirilərək baş idarəyə aparılıblar.

Yaranan səs-küyə yığılan ətraf qonşular polisin sərt davranışına etiraz etsələr də, onlar da kobud müdaxilə ilə qarşılaşıblar.

Bundan sonra hadisədən xəbər tutan həbs olunanların ailə üzvləri və yaxınları Lənkəran Şəhər polis idarəsinin qarşısına gələrək baş verən hadisənin səbəbini öyrənməyə çalışıblar.

Lakin onların məlumatına görə, burada da onlar polis təhqiri və təzyiqi ilə üzləşərək ərazidən qovulublar.

Gecə fiziki zor tətbiq edilərək saxlanılan şəxslərin böyük əksəriyyəti iyul ayının 30-u tarixində polis idarəsindən buraxılsa da, İlqar Əzimzadə, Əli Məmmədov, Əli Rzayev və Şəhriyar Rzayev saxlanılıblar.

Yerli sakinlərin məlumatına görə, polis idarəsində onlara cinayət məcəlləsinin 211 (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər), 315 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə), inzibati xətalar məcəlləsinin 515-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddələri ilə iş açılaraq məhkəməyə göndərilib.

Xatırladaq ki, İlqar Əzimzadə ağır şəkər xəstəsidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button