ArxivXəbər lentiXəbərlər

“İŞİD”- in tərkibində döyüşmüş azərbaycanlılara hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində “İŞİD” terror qruplaşmasının bir qolu olan “Nüsra Cəbhəsi” tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyevə hökm oxunub.
qafqaz.ir  Qafqazinfo.az – a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə E. Quliyev 13 il, digər iki şəxsin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, adıçəkilən şəxslər Türkiyə ərazisindən keçərək Suriyada Gücüstan vətəndaşı Sərxan Bakraşvilinin rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində odlu “Kalaşnikov”dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar. Ölkə ərazisində olarkən həbs ediliblər. Onlar özlərini təqsirli bilmirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button