AktualAktualArxivXəbər lentiXəbərlər

Füzulini niyə verdik?

“Camaatda inamsızlıq vardı”.

Füzuli işğal üçün hələ bir həftə əvvəldən hazır vəziyyətə gətirilmişdi.

Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, hərbçilər rayonu özbaşına tərk etmiş, köməksiz əhali də qaçmağa məcbur olmuşdu. Hər halda, yolboyu səpələnən mülkü şəxslərdən kimi dindirsən belə deyirdi.

Füzuli sakini deyir ki, “Füzulidə əsgər qalıb. Əsgərlər dörd gün bundan qabaq çıxıb qaçıblar Bir nəfər hərbçi yoxdur”.

ANS-in çəkiliş qrupu belə bir üzücü fakta da şahidlik etmişdi. Məlum olmuşdu ki, Füzulini tərk etmək istəməyən oğulların sayı 10 -15 nəfərdən artıq deyil.

“Bu boyda batalyondan qalan bu uşaqlardır. Batalyondan bircə dənə rota qalmışıq, 17 nəfər. Komandir rotamız da burdadır”.

Qaçan əsgərlərdən isə təsadüfən ələ keçəni olurdu. Döyməklə, söyməklə vətəni qorumaq nə qədər mümkündürsə, onlar da bu vətəni o qədər qoruyacaqdılar. Ümumiyyətlə, o günlərdə ölkədə çıxan qəzetlər, o cümlədən rəsmi “Xalq qəzeti” də Füzulidə baş verən bir hadisədən yazırdılar. Sən demə , milli ordunun sərxoş əsgərləri Füzulinin yuxarı Yağlıvənd kəndinin əhalisinə avtomatlardan atəş açıblar. Qəzet yazırdı: “Kənd sakinləri Qeyrət Xanlarov, Mahmud Teymurov, Rzaqulu Quliyev yaralanıb, rayon prokurorunun başçılığı ilə yaradılmış qrup isə hadisə yerinə yollanıb və əsgərlər tərksilah ediliblər”.

Cəbrayıla gəlincə, hələ mayın axırlarından rayonun Sur və Böyük tağlar istiqamətində düşmənin olduqca böyük canlı qüvvəsinin və texnikasının cəmləşdiyi xəbər verilirdi. Qəzet yazırdı ki, ermənilər rayonun bir neçə kəndinin bizimkilərin əlinə keçməsinin ildönümünü əks həmlə ilə qeyd etməyə hazırlaşır. Bununla əlaqədar olaraq Azərbaycan tərəfi müdafiə mövqelərini möhkəmləndirir.

Bu necə müdafiə möqyeyi möhkəmləndirmək idi ki, heç üstündən bir-iki ay keçməmiş hər iki rayon işğal olundu. Füzulinin və Cəbrayılın işğal günü ilə əlaqədar Şəhidlər Xiyabanına üz tutan yüzlərlə rayon sakininin hər birinin ürəyində bu suala cavab var. Biz isə keçmiş döyüşçünü eşitdik.

Keçmiş döyüşçü Vaqif Əlisoy bildirir ki, “Füzulinin işğalının əsası hələ o uğursuz əməliyyatlarla qoyulmuşdu. Bir də camaatda inamsızlıq vardı”.

Bəli, əhali inan hissini itirmişdi, çünki, siyasi hakimiyyət uğrunda başını itirənlərin yadına rayonların işğalı filan düşmürdü. Onun üçün də əsgər döyüşmək istəmir, səngərdən qaçır, nə istəyirsə onu edirdi. Qaçan əsgəri ağaca sarımaq da vəziyyətdən çıxış yolu deyildi. Nə qədər ki, Vətəni qorumaq üçün silaha sarılmamışdıq, deməli, biz hələ torpaqlarımızı itirəcəkdik. İndi silahımız da müasirdir, təfəkkürümüz də. İtirdiyimiz inam da şükür Allaha özümüzə qayıdıb.

O günü təkcə biz gözləmirik, o günü 21 il gözü yolda qalan Füzuli və Cəbrayıl da gözləyir. Allah qovuşdursun. Amin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button