ArxivSosialXəbər lentiXəbərlər

Fuad Qəhrəmanlının saxlanıldığı deyilir

  • Daha iki AXCP üzvü məhkəmə qarşısına çıxarılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının iyulun 23-də saxlandığı bildirilir. Bu barədə AXCP sədrinin müavini Seymur Həzi məlumat verib.

Bir neçə gün əvvəl saxlanılan cəbhəçilərdən daha ikisi iyulun 23-də Binəqədi Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Bunlar Elnur Həsənov və Rəşid Turabovdur. Onların hər ikisi iki gün əvvəl saxlanmışdı.

E.Həsənov və R.Turabova İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, karantin rejiminin pozulması) maddəsilə ittiham verilib.

Bu qərarlardan sonra son 10 gündə inzibati qaydada həbs olunan AXCP üzvlərinin sayı 11 nəfərə çatıb.

AXCP mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, partiyanın 11 üzvü barəsində cinayət işi başlanıb və həbs-qətimkan tədbiri seçilib. Həbs olunan şəxslərdən 10 nəfərə qarşı CM-in 186 (Əmlaкı qəsdən məhv etmə və ya zədələmə), 233 (İctimai qaydanın pozulasına səbəb olan hərəкətlər təşкil etmə) və 315-ci (haкimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələrilə ittihamlar irəli sürülüb. Onlar Asif Yusifli, Bəxtiyar İmanov, Ramid Nağıyev, Baba Süleymanlı, Ayaz Məhərrəmli, Seymur Əhməd, İsmayıl Həsənov, Ceyhun Novruzov, Məhəmməd Nağıyev və Elvin Məmmədovdur. Bu adamlardan yalnız Elvin Məmmədov haqqında istintaq dövrü üçün polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Daha bir cəbhəçi – Məhəmməd İmanlıya, həmçinin AXCP sədrinin müşaviri Məmməd İbrahimin oğlu, futbol məşqçisi Mehdi İbrahimə qarşı CM-in 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə ittiham verilib. Onların hər ikisinin barəsində həbs qərarı çıxarılıb. İttihama görə, onlar bilə-bilə koronavirus yaymaqda ittiham olunurlar.

Fuad Qəhrəmanlı və üç gün öncə saxlanılan Telman Seyfullayev haqqında isə heç bir xəbər yoxdur.

Repressiya və İşgəncələr Əleyhinə Komitəsən isə Meydan TV-yə bildirilib ki, həbs olunan AXCP fəallarına işgəncə verilməsi haqda məlumatlar var:

“Onlara vəkillərilə görüşməyə imkan verilmir. Bu da işgəncə məlumatlarının doğruluğuna dəlalət edir. Vəkillər hüquqlarını müdafiə etdikləri şəxslərlə görüşmədən, həbs qərarlarını götürüb apelyasiya şikayətləri veriblər. Müstəntiqlər vəkillərin əllərində olan orderi qəbul eləmir. Deyirlər ki, “get, poçtla göndər”. Bu çox ciddi qanunsuzluqdur, müdafiə hüququnun pozuntusudur. Məlumata görə, həbs olunan cəbhəçilərdən Ayaz Məhərrəmli və Ramid Nağıyevin vəziyyəti o qədər pis olub ki, Bakı İstintaq Təcridxanası onları qəbul etməyib. Onları Penitensiar Xidmətin tabeliyindəki müalicə müəssisələrinə yerləşdiriblər”.

Penitensiar Xidmət bu məlumatı şərh etməkdən imtina edib.

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edib.

AXCP ittihamların yalan olduğunu, həmin təxribatları törədənlər arasında cəbhəçilərin olmadığını bəyan edib. AXCP sədri Əli Kərimli Meydan TV-yə bildirib ki, bu həbslər partiyaya qarşı reptressiyadır və Prezident İlham Əliyevin 15 iyuldakı çıxışından qaynaqlanır. Nazirlər Kabinetinin iclasındakı çıxışında İ.Əliyev AXCP-nin ünvanına sərt fikirlər səsləndirmişdi.

“Biz hər şeyi etdik ki, hökumətin təxribat və repressiyalar üçün hər hansı bəhanəsi olmasın. Ancaq təcrübə bir daha göstərdi ki, hakimiyyət bəhanəsiz də təxribat və repressiya edir. Heç bir əsas olmasa da, hakimiyyət Qarabağ mitinqindən AXCP-yə qarşı növbəti repressiyalar üçün sui istifadə edir. Biz dedik ki, dövlətimizin, ordumuzun yanındayıq. Amma əvəzində qeyri-adekvat cavab aldıq. Dedilər ki, Xalq Cəbhəsi ermənidən daha betər düşməndi, onu bir siyasi qüvvə olaraq, məhv etmək lazımdır. Azərbaycan üçün daha bir fürsət qisasçılığa, kinə qurban verildi. Hakimiyyət ümumxalq mitinqlərindən düşmənə qarşı istifadə etmək əvəzinə AXCP-yə qarşı istifadə etdi. Məqsəd real müxalifəti sıradan çıxarmaqdır”, – deyə Əli Kərimli bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button