Şəxsiyyətlər

Fransız şəhid

Juan Cruselin atası, mərakeşli müsəlman tacir, anası isə fransız xristian bir xanım idi. Juan atası ilə Mərakeşə səfər etdikdən sonra orada İslamı qəbul edir və müsəlman olur.

O, günlərin birində əhli-sünnə tərəfindən Parisdə təşkil olunmuş cümə namazında iştirak edərkən İmam Xomeyninin fransızcaya tərcümə olunmuş danışıqlarının mətnini namazqılanlar arasında paylanır. Juan sakit bir güşəyə çəkilib ona da verilən vərəqənı oxumağa başlayır. Bir müddətdən sonra iranlı tələbələrlə münasibətini yaxşılaşdırır. İranlı dostlarından Məsud adlı şəxs, Juanı “Kumeyl” duasında iştirak etməyə dəvət edir. Atası mərakeşli ərəb olduğu üçün Juan ərəb dilini yaxşı bilirdi.
Bir müddət keçdikdən sonra dostları Juanı əli açıq, möhürlə namaz qıldığının şahidi olurlar və həmin günü Juanın şiə olması münasibəti ilə şənlik edirlər. Şiə olmasının səbəbini ondan sual etdikdə, o deyir: “Mən Həzrət Əlinin (ə) “Kumeyl” duası vasitəsi ilə şiə oldum”.
Juan şiə olduqdan sonra adını dəyişib “Əli” qoymaq istəyir. Lakin dostu Məsud Juandan adını dəyişməməyini və şiə olmasının İmam Əli (ə) ilə öz arasında sirr qalmasını xahiş edir.
Juan müsəlman olduğu üçün adını dəyişib Kamal qoyur. Anasının dostları ilə münasibətindən narahat olduğunu görüb yaxından tanış olmaq üçün anasını Canon şəhərinə aparır. Kamal (Juan) bu şəhərdə dini ədəbiyyatı mütaliə etməyə başlayır. Ən çoxda şəhid Mürtəza Mütəhhərinin kitablarını oxuyur.
Kamal bir gün Məsuda dərslərini buraxıb İrana gedəcəyini və orda hövzə dərslərinə məşğul olacağını bildirir. Nəticədə Müqəddəs Qum şəhərinə gələrək buradakı “Höccətiyyə” mədrəsəsinə qəbul olur. İlk olaraq fars dilini öyrənir və “Qırx hədis və hicab məsələləri” kitabını farscadan fransız dilinə tərcümə edir.
Kamal öz dostlarından onu “Əbu-Heydər” səsləndirmələrini xahiş edir və onlara deyir: “Bu mənimlə həzrət Əlinin (ə) arasında olan həmin sirrdir”.
Bir dəfə dərslərinin hələ sona çatmadığı vaxtlarda Juan zəng edir və deyir: “Ailə qurmaq üçün tələbə, seyyidə, ruhani övladı olan, gözəl bir xanım axtarıram”. Dostları ibtida səbr etməyini, dərslər bitdikdən sonra ailə qurmağını israr edirlər. Lakin Kamal buna razı olmur. Məsud İmam Xomeynin kitablarından birini Kamala gətirir və İmam Xomeyninin tələbələrə tövsiyəsini ona göstərir. Tövsiyələrdən biri də ilk tələbəlik illərində tələbələrin ailə qurmamaları məsələsi idi. Kamal bundan sonra İmam Xomeyniyə olan məhəbbətindən vilayəti-fəqihin buyurduqlarını Əhli-beyt (ə) əmrlərindən sayaraq ailə qurmağı təxirə salır.
Kamal 24 yaşında “Bədr” ordusuna könüllü qoşularaq “Mirsad” hərbi əməliyyatlarında iştirak edir. Bir həftədən sonra isə şəhadət xəbəri gəlir.
Fransalı tələbələrdən biri deyir: “Əgər Kamal şəhid olmasaydı, bugün böyük bir alimlə üz-üzə idik”.
Əziz Kamal! İnancının kökü vücudumuzda daim yaşıl olsun!

Xəbərdən istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button