ArxivXəbər lentiXəbərlər

Əsgər Analarına Dəstək İB “Xoş Gəldin Ramazan!” və “Şuşamızın işğalının 27-ci il dönümü” adlı tədbir keçirildi

Azərbaycan İslam Partiyası Qadınlar Şurası və Əsgər Analarına Dəstək İctimai Birliyinin təşəbbüsü ilə “Xoş Gəldin Ramazan!” və “Şuşamızın işğalının 27-ci il dönümü” adlı tədbir keçirilib.
 Beynəlxalq Mətbuat Mərkəzində (BMM) inanclı və vətənpərvər xanımların iştirakı ilə keçirilən tədbir müqəddəs Quran sədası ilə başlayıb. Tədbirdə mübarək ayın fəzilətindən, özü ilə bərabər gətirdiyi ilahi rəhmətdən danışılıb, həmçinin  Azərbaycanın mirvarisi olan Şuşamızın işğalının 27-ci il dönümü anılıb.
Tədbiri giriş sözü ilə açan AİP Qadınlar Şurasının sədri hacı Növrəstə xanım ilk  sözü Allah kəlamına  verdikdən sonra çıxışını davam etdirərək, gündəlikdə nəzərdə tutulmuş mövzular barədə danışdı. Şuşanın işğal günü, Ramazan ayı, vətənpərvərlik barədə dəyərli fikirlər səsləndirildikdən sonra cəmiyyətimizdə aktual olan digər problemlərdən söz açılaraq məclis iştirakçıları ilə da qarşılıqlı fikir mübadiləsi aparıldı.
Tədbirdə iştirak edən Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müfafiəsi ictimai birliyinin sədri  Mehriban Abdullayeva da dəyərli fikirlərini paylaşaraq hər bir halda insan haqlarının pozulmasını pislədi.
İnanclı və vətənpərvər xanımlar vətənin müqəddəsliyindən, vətəni qorumağın ali vəzifə olmağından, bütünlüklə hər bir azərbaycanlının bunu özünə aşılamasının mühümlüyündən danışılıb. Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliyi insanlğa qarşı cinayət adlandıran xanımlarımız, bütün qətl və düşmənçiliklərə, zülmə son deyərək torpaqlarımızın azad edilməsini hər kəsin müqəddəs borcu olduğunu bir daha xatırlatdılar.
Qarabağ, Fələstin, Yəmən, ümumiyyətlə insanların öldürüldüyü bütün halları pisləyən xanımlar, yer üzündə zülm və haqsızlığa yox deyərək, zülmə qarşı mübarizənin zərurətindən danışdılar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button