Xəbərlər

Bakıdan İrəvana qeyri siyasi mesaj

“Azərbaycan dövləti istənilən vaxt öz torpaqlarını 24 saat ərzində azad edə bilər!”Bunu Azərbaycan Respublikası Parlamentinin deputatı Adil Əliyev vurğulayıb.Bakı mediasının məlumatına görə, Adil Əliyev öz “feysbuk” statusunda yazıb.

A.Əliyev daha sonra qeyd edib : “Ali Baş Komandan, Prezident İlham Əliyevin bütün çıxışlarında işğal altında olan torpaqlarımızın müharibə yolu ilə azad oluna bilinəcəyini bəyan etməsi hər zaman Ermənistan üçün siqnal olmalı və bu, onları narahat etməlidir.”
Azərbaycan Respublikası Parlamentinin üzvü əlavə edib : “Azərbaycan hərbi gücünü öz imkanları daxilində gücləndirdikcə, buna cavab olaraq da bəzi qüvvələr Ermənistanı silahlandırır və ona hər cür dəstək verirlər. Bölgədə balansı “tarazlaşdırmağa” çalışırlar. Amma bu mümkün deyil. Ermənistanın iqtisadi imkanları getdikcə tükənir, insanlar rahat yaşamaq üçün başqa ölkələrə üz tuturlar. Ölkə miqrasiya axını ilə üz-üzədir. Təsadüfi deyil ki, hələ bir neçə il bundan öncə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Qarabağ müharibəsi başlayan zaman ölkədə 4 mln əhalinin yaşadığını, indi isə 2,4 mln insanın qaldığını Rusiya mətbuatına verdiyi müsahibəsində qeyd etmiş, ölkənin gerçək mənzərəsini açıq-aydın göstərmişdi.”
Adil Əliyev belə olan halda Azərbaycan Respublikası hökumətinin hansı səbəblərə görə qarabağı azad etməyə səy göstərməmədiyini açıqlamayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button