AktualAktualArxivXəbər lentiXəbərlər

Fars dilinin Azərbaycanda tarixi və kütləvi rəsmiliyi.

Azərbaycanın keçmiş yüzilliklərdən qalmış sənəd və məktubları göstərir ki, fars dilinin Azərbaycan xalqının gündəlik əlaqələrində əsas yeri olmuşdur.

Qafqaz mədəniyyət mərkəzinin raportuna əsasən Azərbaycanın tədqiqatçı alimləri göstərmişlər ki, Pəhləvi dilinin qolu olan qədim azəri dili bu diyarın əsas və qədim dili olmuş və Fars dili həmişə Azərbaycan xalqının iş dili, milli və rəsmi dili olmuşdur.

Mühəqqiq ərdəbili universitetinin professoru Hüseyn Novin son vaxtlar elmi tədqiqat əsəri olan Azərbaycanda azəri dilinin qədim tarixiadlı əsərində bu haqda çoxlu sənədli faktlar vermişdir. Həmin tədqiqatın diqqəti çəkən sənədlər sərasından bu ölkədə dörd tarixi sənədin taleyinə işarə etməsidir. Doctor Novin öz əsərində vurğulamışdır ki, bu sənədləri məşhur tədqiqatçı alim Rəhim Nikbəxtin şəxsi arxivindən əldə edilmişdir. Sənəddə Təbrizə və onun Əmirxizi kimi bəzi qədim məhəllələrinə işarə edilmişdir. Birinci sənəd hicri XII əsrdə ziyarətçilərin Kərbəla təşərrüfnaməsidir. Təşərrüfnamə fars dilindədir.

İkinci sənəd boşanma kağızıdır ki, hicri 1170-ci ildə yazılmışdır. Sənədin aşağı hissəsində bir tacirin gündəlik hesabı qeyd edilmişdir. Yazının hamısı fars dilindədir. Bu da onu göstərir ki, fars dili gündəlik işlərlə əlaqədar Təbriz əhalisinin arasında rayic olub və ümum xalq o dili kifayət qədər bilirmişlər. Üçüncü sənəd hicri 1169-cu ilə aid maliyyə reseptidir.

Bu sənəddə tərəfmüqabilin adı və ödəmə tarixi qeyd olunmuşdur. Sənədin davamında iki nəfər arasında xidmət müqaviləsi, onun qarşılığı olan maaş və xidmətçinin vəzifələri qeyd edilmişdir. Bu da fars dilinin maliyyə və hüquqi əlaqələrdəki rolunu göstərir.

Dördüncü sənəd Nadirşah Əfşar dövrünə aid talaqnamə (boşanma kağızı)-dır ki, o dövr Təbrizdə rəvacda olan dildə, fars dilində yazılmışdır. Mövzu ilə maraqlananlar doktor Novinin tədqiqatının müəyyən hissəsini burada oxuya bilərlər. Daha artıq məlumat almaq üçün Hüseyn Novinin yuxarıda adı çəkilən kitabının 169-170 səhifələrinə müraciət edə bilərlər.

Sənədlərdən alınan nəticə belədir ki, Azərbaycanda yazmaq və daha üstünü oxumaq (məktəbxanalarda dil təlimi) arxasında heç bir dövlət planı olmadan fars dilində olmuşdur.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button