AktualAktualArxivFilm​IslamQarabağSosialXəbər lentiXəbərlər

Ermənistanın Laçın strateji rayonunu işğal etməsindən 28 il ötür/VIDEO

Azərbaycanın Laçın strateji rayonunun Ermənistan hərbi qüvvələri tərəfindən işğal edilməsindən 28 il ötür.

Qafqaz Həqiqətləri xəbər verir ki, 28 il bundan əvvəl 18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri Laçın strateji rayonunu işğal etməklə Dağlıq Qarabağı quru sərhədlə Ermənistana birləşdirdilər. Bu hərbi əməliyyatda 1 şəhər, 1 qəsəbə və 120 kənd ermənilərin əlinə keçdi, 264 nəfər şəhid oldu, 65 nəfər əsir düşdü və 103 nəfər yaralandı. Laçının Azərbaycan Respublikasının mühüm sənaye və kənd təsərrüfatı mərkəzi olaraq işğal edilməsi bu ölkə iqtisadiyyatına ağır zərbə vurdu.

Laçında şəhid olanların 18 nəfərinin yaşı 16-dan aşağı idi və yaralıların 225-i uşaq olmuşdur, 31 uşaq hər iki valideynini itirmiş və 64 min nəfər öz ev-eşiklərindən didərgin düşmüşdür. Bu işğal nəticəsində Laçın ərazisində 1868 kv.km sahədə mövcud olan tarixi abidələr məhv edilmiş və ya onların islami kimliyi dəyişdirilmişdir.

1991-1992-ci illərdə Azərbaycan Respublikası və Ermənistan arasında 4 illik müharibədə Dağlıq Qarabağ və onun ətrafında 7 rayon olmaqla Azərbaycan Respublikası torpaqlarının 20 faizi Rusiyanın köməyi ilə Ermənistanın işğalı altına düşdü. Laçın Ermənistan və Dağlıq Qarabağ arasında yerləşən həmin 7 rayondan biridir və strateji mövqeinə görə çox böyük hərbi əhəmiyyət daşıyır. Laçın Dağlıq Qarabağdan Ermənistana ən yaxın gediş-gəliş yaradan koridordur.

Ermənistan Qarabağ ətrafında 7 rayonu işğaldan azad etmək üçün erməni separatçılarının məskunlaşdığı, Rusiya və Ermənistanın hərbi qüvvələri tərəfindən dəstəklənən qondarma Dağlıq Qarabağ Respublikasının Azərbaycan Respublikası tərəfindən rəsmi olaraq tanınmasını şərt qoymuşdur.

Qeyd edək ki, BMT TŞ tərəfindən qəbul edilmiş və Ermənistanı məhkum edən 4 qətnamə Dağlıq Qarabağ və onun ətrafında işğal olunmuş rayonlara hakimiyyət haqqını Azərbaycana aid bilir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button