ArxivXəbər lentiXəbərlər

Ermənistanda səs-küyə səbəb olan istefalar

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Ermənistan SQ Baş Qərargah rəisi Artak Davtyanın, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Eduard Martirosyanın və polis rəisi Arman Sarkisyanın istefalarını qəbul edib.

İstefalara baş qərargah rəisinin oğlunun toyu səbəb olub. Toyda 100-dən çox insan iştirak edib. Oandemiya dövründə 10 nəfərdən çox insanın bir yerə toplaşmasının qadağan olmasına baxmayaraq, qonaqlar arasında mərasimə gələn güc qurumlarının rəhbərləri də var idi.

Bu gün Nikol Paşinyan güc qurumlarının yeni rəislərinin adlarını açıqlayıb. O, Facebook-da canlı yayımda general-leytenant Onik Qasparyanın Baş Qərargah rəisi, polkovnik Argişti Kyaramyanın MTX direktoru və polkovnik Vaqe Kazaryanın polis rəisi təyin edildiyini bildirib.

Qeyd edək ki, vəzifədən kənarladşırılan polis və təhlükəsizlik xidməti rəhbərləri cəmi bir neçə ay vəzifədə olub.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button