ArxivXəbər lentiXəbərlər

Ermənistanda etiraz yürüşü

Ermənistan paytaxtı İrəvanın Azadlıq meydanında etiraz yürüşü keçirilib.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, insanlar ötən ay polis məntəqəsini ələ keçirmiş silahlı qrup üzvlərinin lazımi müalicə olunmasını tələb edirlər.

Ermənistan 17 iyuldan, yəni hökumət müxaliflərinin İrəvanda bir polis polkuna hücum etməsi və bir qrup polis zabitini girov götürməsindən sonra hərc-mərclik və iğtişaşların şahididir.

Bu hücum İrəvanda bir neçə dövlət binası və telekommunikasiya qovşağını ələ keçirmək ittihamı ilə 20 iyunda həbs olunan Jirayr Sefilyanın azad olunması məqsədilə edilib.

Girov götürülənlərin azad olunmasına baxmayaraq, rəsmi İrəvanla müxaliflər arasında qarşıdurma davam edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button