ArxivQarabağXəbər lentiXəbərlər

“Ermənistan Qarabağ münaqişəsinin mərhələli həllinə razı deyil”

Qarabağ məsələsinin mərhələli nizamlanma planı mümkündür, lakin bu, münaqişənin bütün tərəflərinin mütənasib kompromislərini təmin etməlidir. Bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bazar ertəsi parlamentin xarici əlaqələr komissiyasının iclasında deyib.
 “Əgər kimsə güman edir ki, mərhələli plan öhdəliklər nisbətinin pozulması ilə mümkündür, o zaman deməliyəm ki, bu plan  işləməyəcək. Vaxtilə həmkarlarımızdan biri demişdi ki, erməni tərəfi mərhələli plana razıdır: ilk mərhələdə status məsələsi həll olunur, sonra qalanları”, – “Sputnik Armenia” Mnatsakanyandan sitat gətirib.
Onun sözlərinə görə, tərəflərin öhdəliklərinin tarazlaşdırılacağı bir plan tərtib etmək vacibdir. “Tərəflərdən birinin öz mövqelərini zəiflətməsini, digərinin qoruyub saxlamasını nəzərdə tutan  qərar qeyri-mümkündür”.
Mnatsakanyan qərarın mərhələli və ya paketli olmasının Ermənistan üçün heç bir əhəmiyyəti olmaması barədə fikirlə razıdır. Əsas odur ki, nizamlanma planının icrasında tərəflərin balansı saxlanılsın.
Ötən həftə Mnatsakanyan daha konkret danışaraq bildirib ki, Ermənistan tərəfi Qarabağın statusu və təhlükəsizliyi məsələsində güzəştə getməyəcək. Bu o deməkdir ki, Qarabağ Azərbaycanın tərkibində olmayacaq və erməni qoşunları Qarabağı tərk etməyəcəklər.
Aprelin 21-də Rusiya XİN rəhbəri  Sergey Lavrov bildirib ki, tərəflər Qarabağ münaqişəsinin mərhələli yanaşmanı nəzərdə tutan sənədlər əsasında nizamlanmasını müzakirə edirlər. Buna əsasən Qarabağ ətrafındakı rayonlar azad edilir, qaçqınlar ora qayıdırlar, tərəflər arasında kommunikasiya və əlaqə bərpa edilir, Qarabağın yekun statusunun müzakirəsi isə davam edir.
Bu bəyanat Ermənistanda ciddi narazılığa səbəb olub və rəsmi Yerevan milli maraqlara xəyanətdə  ittiham olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button