ArxivXəbər lentiXəbərlər

İran: ABŞ və Avropa daha əsas güclər deyil!

“Nəyə görə hərbi büdcəsi nəzərəçarpacaq qədər az olan İran narahatlığa səbəb olur? “
qafqaz.ir “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ və Avropa ölkələri artıq əsas güc mərkəzləri deyil.
Bu sözləri Tehran Universitetində çıxış edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif səsləndirib.
Onun fikrincə, müasir dünyada gücün əsasını elm, texnologiya, müstəqillik, iman və ümumi etimad təşkil edir.
Zərif həmçinin Səudiyyə Ərəbistanı və BƏƏ-nin ötən ilki silah alışını da şərh edib.
O xatırladıb ki, adıçəkilən iki ölkə 2018-ci ildə 89 milyard dollarlıq silah alıb.
Onun sözlərinə görə, regiona 100 milyard dollarlıq silah satılıb.
“Nəyə görə hərbi büdcəsi nəzərəçarpacaq qədər az olan İran narahatlığa səbəb olur? Tehran öz təhlükəsizliyini təmin etmək üçün silah istehsal edir”, – deyə Zərif qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button