ArxivQarabağXəbər lentiXəbərlər

Ermənilərin Azərbaycan torpaqlarındakı bayram təqvimi

  • Şuşada “qələbə günü”, Kəlbəcərdə Bal festivalı, Xankəndində “müstəqillik” günü”…

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim 2020-ci il üçün bayram və vacib tədbirlərin qısa təqvimini təqdim edib.

Sosial şəbəkələrin erməni seqmentində paylaşılmış foto-qrafikdə separatçların əsas bayram və tədbir günləri ingilis dilində qeyd olunub:

12 aprel – Kəlbəcərdəki “Dadivank” adlandırılmış qədim Xudavəng məbədində erməni xristianların Pasxa bayramı.

2-3 may – Kəlbəcər rayonunun “Aterk” adalndırılmış Həsənriz kəndində “Jengyalov xats”- “Kətə” festivalı.

9 may – Xankəndi və Şuşada “qələbə günü” – yəni Faşizm üzərindəki qələbədən daha çox əsasən Şuşanın işğal edilməsi günü.

19 iyul – Ağdam rayonunun “Tiqranakert” adlandırılmış Şahbulaq ərazisindəki Pənahəli xanın qalasında “Vardavar” (su çiləçmə) bayramı.

22 Avqust – Xankəndidə Artsax “AirFest” – hava uçuşları festivalı.

2 sentyabr – Xankəndidə qondarma rejimin qanunsuz “müstəqillik günü”.

12 sentyabr – Kəlbəcər rayon mərkəzində Bal festivalı

19 sentyabr – Xocavənd rayonunun Tug kəndində Şərab festivalı

26 sentyabr – Xankəndi(ermənilər üçün Stepanakert) şəhərinin yaradılması günü.

11 oktyabr – Xankəndidə Məhsul bayramı.

P.S. Görəsən, düşmənin torpaqlarımızdakı şənliklərinin qarşısını ala bilməyəcəyimiz təqdirdə biz hansı üzlə Bakıda, Şəkidə, Gəncədə və s. müxtəlif bayramları atəşfəşanlıqla, çal-çağırla, konsertlə qeyd edəcəyik? (moderator.az)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button