ArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikasında islamçıların həbs müddətinin uzadılması davam edir

Azərbaycan Respublikası mediaları bu ölkədə islamçıların həbs müddətinin uzadılmasından xəbər veriblər.

Fakt-Xəbər-in məlumatına görə, Azərbaycan Respublikasında şiə ruhani Elman Ağayevin vəkili Akif Nağıyev bu gün müvəkkilinin həbs müddətinin 3 ay 25 gün uzadılmasından xəbər verib.

Azərbaycan Respublikası Müsəlmanlar Birliyi Hərəkatının sədri 2015-ci il noyabrın 26-da təhlükəsizlik qüvvələrinin bu qəsəbəyə basqını zamanı milli təhlükəsizliyə qarşı hərəkət ittihamı ilə Bakının Nardaran qəsəbəsi əhalisindən bir neçə nəfərlə yanaşı həbs olunaraq, zindana salındı.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi də bir bəyanatda bildiribdir ki, Tale Bağrzadə, Zülfüqar Mikayılzadə, Elman Ağayev və Əbüləz Bünyadov tərəfindən yaradılmış Müsəlmanlar Birliyi Hərəkatı təxribatçılıq niyyətndə olan silahlı terror qrupudur.

Çərşənbə günü də Azərbaycan Respublikası dövləti Nardaran qəsəbəsinin Ağsaqqallar Şurasınn sədri Natiq Kərimovun həbsini üç ay uzatmışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button