ArxivIslamXəbər lentiXəbərlər

Ermənilər Laçında 100 yeni ev tikir

Ermənilər Laçında 100 yeni ev tikir – Süni məskunlaşdırma

Ermənistan rəhbərliyi Azərbaycanın işğal altındakı Laçın rayonu ərazisində süni məskunlaşdırma siyasətini davam etdirir.

Laçının müharibə zamanı dağıntılara məruz qalmış Zabux kəndinin yerində salınan yeni kənd ermənicə Aqavno adlanır. 50 evin istifadəyə verildiyi kənddə daha 100 evin tikintisi aparılır. Bundan başqa, oyun meydançaları və məktəbin istifadəyə verilməsi də nəzərdə tutulur.

Aqavno kəndinin yaradılması fikri Livan ermənilərinə məxsusdur. Məhz onların yaratdığı “Ari” fondu Zabux kəndinin xarabalıqları üzərində salınan kəndin maliyyə xərclərini öz üzərinə götürüb. 2011-ci ildə Livandan Aqavnoya köçən Andranik Çavuşyan kəndə rəhbərlik edəcək.

Laçın rayonun Zabux kəndi Ermənistanın Gorus rayonu ilə həmsərhəd ərazisində yerləşir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button