AktualAktualArxivmədəniyyatSosialtahlil va magaleXəbər lentiXəbərlər

“Ermənistanın sionist rejimlə münasibətlərinin genişləndirməsinin təhlükələri” mövzusunda seminar keçirilib

Ermənistanın yüksək səviyyəli rəsmilərinin işğal edilmiş ərazilərə səfər etməsi 1994-cü ildən indiyədək onların bu rejimlə uzunmüddətli siyasi və iqtisadi münasibətlər qurması üçün baxışlarını göstərir və bu illərdə iki tərəf arasında müxtəlif sahələrdə bir sıra müqavilələr imzalanıb.

Qafqaz Həqiqətləri “Təsnim”-ə istinadla xəbər verir ki, Ermənistan dövlətinin işğal edilmiş Fələstin ərazisində səfirlik açmaq məqsədilə addımı və Təl-Əvivə səfir göndərməsi Ermənistan və sionist rejimi arasında son illərdə münasibətlərin diqqəti çəkən səviyyədə genişləndiyini, onların münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərir. Sözsüz, bu məsələ İran İslam Respublikasının regional maraqları ilə təzad daşıyır və Ermənistanın qonşuluq prinsiplərinə zidd hərəkətlərinə lazım olan etirazlar edilmişdir.

Bu istiqamətdə Tehranda bir sıra tədqiqatçıların iştirakı, professor Bəhram Əmirəhmədyan və Qafqaz məsələləri üzrə ekspert Bürhan Hişmətinin natiqliyi ilə “Ermənistanın sionist rejimlə münasibətlərinin genişdirməsinin təhlükələri” mövzusunda seminar keçirilmişdir.

Seminarda Bəhram Əmirəhmədyan Ermənistanın sionist rejimi ilə münasibətləri genişləndirməkdə bir sıra məqsədlərinə toxunaraq deyib: “Əgər elə bu gün İran öz sərhədlərini Ermənistanla bağlasa, bu ölkə bir çox ciddi problemlərlə üzləşəcək.”

Professor Ermənistanı beynəlxalq arenada təsirsiz və eyni halda böyük iddiada olan ölkə adlandıraraq deyib: “Bu ölkə Böyük Ermənistan adı altında qondarma xəritə çap və nəşr etməklə 1-ci əsrdə erməni imperatorluğu! tərif etmək ardıncadır. Ermənilər dənizdən dənizə (Aralıq dənizindən Xəzər dənizinədək) hökumət iddia edərək əsassız işğalçılıq niyyətindədirlər, hətta bu məsələni öz dərslik kitablarında və rəsmi xəritələrində də yerləşdiriblər. Bu xəritədə İranın da bir hissəsi Böyük Ermənistanın bir hissəsi kimi göstərilmişdir. Hətta İranda çap etdikləri kitabda da həmin iddia etdikləri xəritə əks olunub. Bunun səbəbi diqqətsizlik üzündən də ola bilər.”

  1. Əmirəhmədyan əlavə edib: “Erməni rəsmiləri son vaxtlar İpək Yolu barədə də özünün təsirli rolu iddiaları ilə çıxış etdilər və bu məsələ regionun gələcəyi üçün onların təhlükəli niyyətlərindən xəbər verir. Sionist rejimi ilə münasibətləri də həmin istiqamətdə dəyərləndirmək olar. Təbii ki, Ermənistan hər hansı səhvə yol verərsə, İranın qətiyyətli cavabı ilə üzləşəcək. Üstəlik, sionist rejiminin özü də İran İslam Respublikası səviyyəsində deyil.”

Professor Ermənistanın yüksək səviyyəli rəsmilərinin 1994-cü ildən bəri işğal edilmiş ərazilərə səfərlərinə işarə edib, bunun İrəvanın sionist rejimlə uzunmüddətli siyasi və iqtisadi münasibətlər qurmaq niyyətində olduğunu göstərdiyini deyib. O, bildirib ki, ötən bu illərdə iki tərəf arasında universitet, gömrük, konsulluq və digər sahələrdə razılaşmalar əldə olunub. Habelə, son günlərdə Ermənistan səfiri işğal edilmiş ərazilərə yollanıb və bu da münasibətlərin genişlənməsini göstərir.

Ermənistanın Qarabağı işğal etməsini beynəlxalq qayda-qanunlara zidd olduğunu vurğulayan professor deyib: “Ermənistanın təqribən 3 milyon, Azərbaycanın isə 9 milyon cəmiyyəti vardır. Bu ölkə hərbi baxımdan heç vəchlə Azərbaycan Respublikası ilə müqayisə edilə bilməz. Əgər Rusiya mane olmasa, Azərbaycan dərhal işğal edilmiş əraziləri azad edə bilər.”

Əmirəhmədyan çıxışının davamında Qarabağ münaqişəsinin həllində Minsk qrupunun rolunun təsirsizliyinə işarə edərək azəriləri bu məsələdə düşünməyə çağırıb.

 

Sionist rejimi İranın sərhədlərinə nüfuz etməyə çalışır

Qafqaz məsələləri üzrə tədqiqatçı Bürhan Hişməti seminarın digər natiqlərindən olaraq çıxışında sionist rejiminin Ermənistanla öz münasibətlərini genişləndirməkdə hədəf və maraqlarına toxunaraq, onun bu təlaşını İranın sərhədlərində öz nüfuzunu artırmaq, Ermənistanın köməyindən faydalanaraq Cənubi Qafqazda Amerikanın İran əleyhinə iqtisadi və siyasi təzyiq siyasətinin icrasına kömək etmək adlandırıb.

Ekspert əlavə edib: “Ötən bir neçə ayda Ermənistan sionist rejimi ilə münasibətləri normallaşdırmaq istədiyini elan edib və bu ölkənin səfiri Təl-Əvivdə yerləşib, hətta sionist rejimi KİV-lərinə müsahibə verib və öz açıqlamasında İran tərəfinin bu münasibətlərin genişlənməsinə təsir göstərə bilməyəcəyini də deyib. Əlbəttə, İran rəsmiləri bu məsələyə sərt etirazlarını bildirdilər, hətta iranlı tələbələr Ermənistan səfirliyi önündə toplaşaraq millətçi sionist rejiminə qarşı şüarlar səsləndirdilər, bu aksiyanı Ermənistan və Azərbaycan mediaları da əks etdirdi.”

Seminarın sonunda vurğulanıb: Ermənistanın hakimiyyətdə olan qərbyönümlü cinahı bu nəticəyə gəlmişdir ki, sionist rejimlə münasibətləri artırmaq onların mənafelərini təmin edə və problemlərini aradan qaldıra bilər. Cənubi Qafqazın digər ölkələri (Azərbaycan və Gürcüstan) də Ermənistandan qabaq həmin fikirlə sionist rejimi ilə münasibətləri genişləndirməyə doğru getmiş, ötən illərdə sionist rejiminə yaxınlaşmağa, hətta ona söykənməyə səy etmişlər. Lakin sionistlərə münasibətləri genişləndirmək və onlara arxalanmaq nə Gürcüstan, nə də Azərbaycanın problemlərinin həll olmasına kömək etməmişdir. Nə Azərbaycan sionist rejimdən böyük həcmdə silah almaqla Qarabağ məsələsini öz xeyrinə həll edə bildi, nə də Gürcüstan sionist rejiminin dəstəyinə arxalanmaqla Osetiya və Abxaziya məsələsində ən kiçik nailiyyətə belə nail ola bildi. Əksinə, sionist rejim Azərbaycana silah satmaqla Qarabağ münaqişəsinə müdaxilə etdiyindən Qarabağ böhranı daha da mürəkkəbləşdi. Belə ki, hazırda Bakı üçün Qarabağ böhranını həll etmək və işğal edilmiş torpaqları azad etmək üçün nə hərbi yol, nə də nəticə verə biləcək bir siyasi yol qalmamışdır.

Məlumdur ki, Ermənistan hökumətinin səhv və qeyri-peşəkar qərarı İslam dünyasının və Fələstinin məzlum xalqının maraqları ilə əsaslı təzad daşımasından əlavə, Ermənistanın uzunmüddətli milli maraqları ilə də uyğun gəlmir və Ermənistanı sionist rejiminin cinayətlərinin şərikinə çevirir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button