ArxivXəbər lentiXəbərlər

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru intihar edib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru 38 yaşlı Georgi Kutoyanın cəsədi Yerevanın Paruyr Sevak küçəsindəki mənzildə tapılıb.

Onun silahdan açılan atəş nəticəsində öldüyü məlum olub.

Respublika İstintaq Komitəsi sədrinin müavini Artur Melikyanın rəhbərlik etdiyi istintaq qrupu keçmiş direktorun intihar etdiyini, yoxsa öldürüldüyünü araşdırır.

 

Georgi Kutoyan 12 fevral 2016-cı ildə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olub. 10 may 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra vəzifəsindən azad edilib. Və bundan əvvəl o, Ermənistan prezidentinin hüquqi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button