AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Ekspert: Ermənilər qəfil hücumdan istifadə etməklə Azərbaycanın mövqelərinə hücum etdi

Doktor Kəffaş Cəmşidi: Ermənistan ordusu Tovuz istiqamətində sərhəd yüksəkliklərində yerləşdiyindən qəfil hücum prinsipindən istifadə etməklə Azərbaycanın hərbi mövqelərinə hücum etmişdir.

Qafqaz Həqiqətləri xəbər verir ki, Qafqaz və Azərbaycan məsələləri üzrə ekspert doktor Məhəmmədrza Kəffaş Cəmşid çərşənbə axşamı Ərdəbilin Qafqaz Mədəniyyət Mərkəzində keçirilən “Tovuz döyüşlərinə diqqət etməklə, Qafqaz regionu hadisələrinin araşdırılması haqda dəyirmi masa”da Tovuzda döyüşlərin başlamasının səbəblərinə toxunub və Ermənistan ordusunu bu döyüşü başlayan tərəf adlandırıb.

Doktor Kəffaş bu barədə deyib: “Ermənistanın ordusunun Tovuz istiqamətində sərhəd yüksəkliklərində yerləşməsinə diqqət etməklə, belə nəticə almaq olar ki, ermənilər qəfil hücum prinsipindən istifadə etməklə azərbaycanlıların mövqelərinə hücum etmişdir və bu ölkənin yüksək rütbəli hərbçilərini, o cümlədən general Polad Haşimovu şəhid etmişlər.”

Mədəniyyət Mərkəzinin rəhbəri öz izahının davamında deyib: “Azərbaycan Respublikası ordusu hücum etmək istəsəydi, şübhəsiz ki, işğal edilmiş Qarabağ və onun ətraf məntəqələrində bunu həyata keçirərdi və 2016-cı il aprel döyüşləri kimi ən azından özünün işğal edilmiş ərazilərindən bir hissəsini azad edərdi.

Azərbaycanda ictimai rəy də müharibəni Qarabağdan qıraqda məqbul saymır. Çünki Qarabağ və onun ətrafında işğal olmuş şəhərlər bu ölkə xalqı üçün ilk prioritet sayılır. Üstəlik, Azərbaycan ordusunun Tovuz məntəqəsindən Ermənistana hücumu da diqqətsiz hərəkət hesab olur və bu ölkəni bir daha Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzvləri ilə qarşı-qarşıya qoya bilərdi.”

Siyasi məsələlər üzrə ekspert Minsk qrupnun vasitəçiliyinə də toxunaraq deyib: “Minsk qrupu ötən otuz ildə zəif əməl etdiyi üçün artıq səmərəliyini itirmişdir. Bu qrupun həmsərdləri və üzvləri xristian olduğundan şübhəsiz, müsəlman ölkənin işğal edilmiş torpaqlarını onlara qaytarmırlar və həmişə bir növ Ermənistana dəstək göstərirlər. Ona görə də Azərbaycan Respublikası işğal edilmiş əraziləri azad etmək üçün öz milli potensiallarından və İslam ölkələrinin, xüsusilə də İranın potensiallarından daha çox faydalanmalıdır.”

Son döyüşlərdə Türkiyənin mövqeinə toxunan ekspert deyib: “Qarabağ müharibəsində Türkiyənin keçmişini araşdırmaqla məlum olur ki, bu ölkənin elan etdiyi siyasətlərlə həyata keçirdiyi siyasətlər arasında fərq vardır.”

Bu barədə doktor Cavad Heyətin kitabında yer almış bir xatirəyə işarə edən doktor Kəffaş deyib: “Doktor Heyət bu kitabda bildirir ki, Türkiyə Qarabağ müharibəsi zamanı İran ərazisindən keçərək Azərbaycana silah göndərə biləcəyini desə də, İranın razılığına və əməkdaşlığa hazır olmasına baxmayaraq, bu işdən imtina etdi.”

Doktor Kəffaş son günlərdə anti-İran ünsürlərinin İranın Ermənistana kömək etməsi və İran silahlı qüvvələrinin Ermənistanda hüzuru barədə ittihamlarına işarə edərək deyib: “Bu yalan iddialar İran və Azərbaycan kimi iki müsəlman ölkənin münasibətlərinin genişlənməsini istəməyən qüvvələr tərəfindən ünvanlanır və tamamilə əsassızdır.”

O əlavə edib: “Sənədlər və keçmiş sübut edir ki, Qarabağ müharibəsində iranlı məsləhətçilər Azərbaycan ordusunun yanında olmuşdur, onlardan bəziləri hətta Azərbaycan prezidenti və müdafiə nazirinin məsləhətçisi kimi Azərbaycan xalqına böyük xidmət göstərmişdir.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button