ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

Edam edilən azərbaycanlı qadınlarla bağlı

“Münaqişə ocaqlarında yetim qalmış azərbaycanlı uşaqların ölkəyə gətirilməsi istiqamətində işlər davam etdirilir. Yaxın zamanlarda oradakı uşaqlardan bir qisminin ölkəyə gətirilməsi planlaşdırılır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, münaqişə ocaqlarından qayıdan kişilərin 110 nəfərdən çoxu məsuliyyətə edilib: “Hazırda proses davam edir. Münaqişə ocaqlarında iştirak etmiş 400-ə yaxın Azərbaycan vətəndaşının vətəndaşlığı ləğv olunub. Onlar artıq ölkəyə qayıda bilməzlər”.

S. Heydərov qeyd edib ki, münaqişə ocaqlarında olan azərbaycanlı qadınların əksəriyyəti hadisələrdə iştirakçı olub: “Onların içərisində həbs və edam edilənlər var.

Həmçinin həmin qadınların əksəriyyəti vətəndaşlığı məlum olmayan şəxslərlə evlənib və uşaq dünyaya gətirib. Həmin qadınların da vətəndaşlığının ləğv edilməsi məsələsi gündəmə olacaq”.(apa)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button