ArxivXəbər lentiXəbərlər

Bakı Dünya Bankından təcili kredit ayırmasını istədi

Azərbaycan Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan təcili olaraq 4 milyard dollar kredit ayırmasını istəyib.

İRİB-nin APA-ya istinadla verdiyi məlumata görə, Beynəlxalq Valyuta Fondunda bir məlumatlı mənbə “Faynanşial Tayms”a bildirib ki, Azərbaycan Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə 4 milyard dollar təcili kreditin ayrılması barədə danışıqlar aparır.

Elə bu məqsədlə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı rəsmiləri cari yanvar ayının 28-dən fevral ayının 4-nə kimi Azərbaycanda səfərdə olacaqlar.

Bu mənbə həmçinin deyib: Bu məbləğ, neftin ucuzlaşmasından qaynaqlanan böhran ilə mübarizə aparmaq üçün Azərbaycana ayrılan yardımın ilk hissəsidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button