ArxivIslamXəbər lentiXəbərlər

Dunya Miyatoviç: “Azərbaycanda ifadə azadlığı təhlükə altındadır”

 

“Azərbaycanda ifadə azadlığı əvvəlkitək təhlükə altındadır”, – Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç iyulun 12-də, Azərbaycana dördgünlük səfərinin sonunda bildirib.

O, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını xatırladıb. Həmin qərarlarda özbaşına həbslər və hökuməti tənqid edənlərin, vətəndaş cəmiyyəti fəalları və insan hüquqları müdafiəçilərinin saxlanması ilə bağlı həyəcanlı mənzərə əks olunur.

Miyatoviç qeyd edib ki, “öz baxışlarına görə həbsdə olan şəxslərin azad edilməsi prioritet olaraq qalmalıdır”. O, diffamasiyanın dekriminallaşdırılması ilə bağlı öz çağırışını təsdiqləyib.

Bundan əlavə, komissar jurnalistlərin, vəkillərim, siyasi fəalların və hüquq müadfiəçilərinin səfərlərinə qadağa məsələsini hakimiyyətin qarşısında qaldırıb.

“Hakimiyyət səfərlərə özbaşına qadağa tətbiqi ilə bağlı qeyri-proporsional praktikadan imtina etməlidir və ölkədən çıxış hüququna zidd olan qadağaları aradan qaldırmalıdır”, – o bildirib.

Komissarın səfərinin başqa bir istiqaməti Azərbaycanda vəkillərin vəziyyəti olub. Komissar qeyd edib ki, Avropa Şurası ölkələri arasında Azərbaycanda 100 000 sakinə düşən hüquqşünasların sayı azdır. Bu, əsasən kəndlərdə, vəkillərin sayının çox az olduğu yerlərdə ədalət mühakiməsinə çıxış imkanlarını azaldır.

Komissara prezidentin 3 aprel 2019-cu il tarixli fərmanı barədə məlumat verilib. Fərmanda ədalət mühakiməsi sistemində qanunverici, institusional və praktiki islahatlar nəzərdə tutulur ki, bu da ədalət mühakiməsinə çıxış imkanlarının yaxşılaşmasına səbəb olmalıdır.

“Həmin islahatlara əlavə olaraq hökumət ölkədə, əsasən də regionlarda hüquqşünas çatışmazlığı probleminin effektiv həlli üzrə səylərini artırmalıdır. Eyni zamanda Vəkillər Kollegiyasına qəbulun şəffaf təsnifat prosesi və obyektiv meyarlara əsaslanması təmin edilməlidir”, – o bildirib.

Komissar qeyd edib ki, vəkillərin fikrinin ifadə edilməsi azadlığı vəkilliyin müstəqilliyi ilə bağlıdır. O, intizam icraatının qaldırılması yolu ilə vəkillərin ifadə azadlığının pozulduğunu qeyd edib. “Vəkillər etik normalara riayət etməlidirlər və qisasa məruz qalmaqdan qorxmayaraq öz peşə fəaliyyətləri ilə məşğul olmalıdırlar”, – komissar deyib.

O, daxili köçkün şəxslərin vəziyyətini də nəzərdən keçirib. Azərbaycanda belə şəxslərin sayı çoxdur və bu, Dağlıq Qarabağ regionunda və ona bitişik yeddi rayonda həll edilməmiş münaqişənin nəticəsi ilə bağlıdır. Komissar köçkünlərin hüquqları ilə bağlı problemin həlli üçün hakimiyyətin atdığı mühüm addımları, onlara uzunmüddətli yaşayış yerinin verilməsini yüksək qiymətləndirir.

Komissar Bakıda olduğu müddətdə bu yaxnlarda Sabunçu rayonunda salınmış qəsəbəyə, həmçinin Yasamal rayonunda Texniki Universitetin yataqxanasına baş çəkib, köçkünlərlə söhbət edib.

“Adamların çox öz evlərinə qayıtmaq arzusunda olduğunu bildirirdi. Bununla yanaşı yaşamaq üçün vəsait almaq imkanlarının təmin olunması vacibdir”, – D.Miyatoviç bildirib.

Bununla bağlı komissar Dağlıq Qarabağda və onun ətrafında həll edilməmiş münaqişənin sülh yolu ilə nizamlanmasına nail olunmasının vacibliyini qeyd edib. Oraya qayıtmaq istəyən köçkünlər bunu könüllü əsaslarla, təhlükəsiz şəraitdə həyata keçirməlidir.

İyulun 9-dan 12-dək davam edən səfər zamanı komissar hakimiyyət nümayəndələri, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarov, ədliyyə naziri Fikrət Məmmədov, daxili işlər naziri Vilayət Eyvazov ilə görüşüb. Prezident Administrasiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevlə siyasi məsələləri müzakirə edib.

Həmçinin baş prokuror Zakir Qaralov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, ombudsman Elmira Süleymanova, vətəndaş cəmiyyətinin nümayəndələri, hüquqşünaslar, Vəkillər Kollegiyasının sədri və üzvləri ilə görüşlər olub.

Komissar həbsxanalara baş çəkib, jurnalistlər Seymur Həzi və Əfqan Muxtarlı ilə görüşüb. O, səfərin təşkilinə və məhbuslara baş çəkməsinə şərait yaradılmasına görə hakimiyyətə təşəkkürünü bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button