AktualAktualXəbərlər

Dünya Azərilərinin Hüquqlarını Müdafiə Cəmiyyəti bəyanat yaydı

Dünya Azərilərinin Hüquqlarını Müdafiə Cəmiyyətinin İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyüa bəyanat yaydı

Bismillahir-Rəhmanir-Rəhim

Əsrin sahibi, İmam Zamanın (əc) hüzuruna salam-salavatla!

Salam olsun Azərbaycanın özünü tarix boyu mənəvi, əxlaqi, dini, insani, islami kimliyə vəqf etmiş din alimlərinin ruhuna! Bu yolda ən ağır çətinliklərə sinə gərilmiş, ali məqsədlər bəşəriyyətə qarşı qüvvələrin təzyiqlərindən qorunmuşdur. Fədakarlıq göstərmiş bu böyük insanlar cənnət Azərbaycanın Besət, Qədir, Aşura övladlarının kimlik və iftixar göstəricisidir.  Bu insanlar ümmətin gözünün nuru, Ali-Məhəmməd övladlarının himayədarı, düşüncə və əxlaq müdafiəçiləridirlər. Onlar bizim milləti ziddiyyətli, fitnəkar xislətlərdən qoruyaraq insani fəzilətlərə yüksəltmiş, bəşəriyyətin problemlərinə həmdərd və şərik etmişlər.

Təqdirəlayiqdir ki, peyğəmbər varisləri alimlərin ardınca dini fəallar hicab qadağası ardınca ayağa qalxaraq, İslami dəyərlərin müdafiəsi yolunda səsini qaldırmış və həbsə alınmışlar. Bu müqəddəs  mübarizədə xalqın dəstəyi onların müvəffəqiyyət rəmzidir. Səmavi dəyərlərin, əxlaqın, eləcə də fədakar insanların müdafiəsində xalqın səhnədə olması  çox mühümdür. Biz dünyanın müsəlman azərbaycanlılarının problemlərini dərk edərək, onların diqqətini Azərbaycanda böyük şəxsiyyətlərin ağrılı durumuna yönəldirik. Bu insanlar dini dəyərləri, iffət və hicabı müdafiə etdikləri üçün saxta ittihamlarla həbsə alınmış, uzun müddətə azadlıqdan məhrum edilmişlər. Hicab və iffət müdafiəçiləri həbsxana şəraititni  alçaldıcı, rəzil həyatdan üstün tutmuş, isti ailə ocağından, övladlarından uzaq düşmüşlər. Qısa müddətdə hicabı səhnədən çıxarmağı planlaşdıran Azərbaycan hökuməti bu yolda olanını qurban verən hicab müdafiəçilərinin müqaviməti ilə qarşılaşdı. Hansı ki Azərbaycan dövləti tolerantlıq, plüralizm, dini dözümlülük, demokratiyaya sədaqət iddiasındadır. Bu iddialara baxmayaraq 180 dini fəal azadlıqdan məhrum edilmişdir. Onlarla belə məhbus narkotika daşınması kimi saxta ittihamlarla üzləşmiş, təhlükəsizlik qüvvələrinin fitnəkarlığına qurban olmuşlar. Dini fəallar üst-üstə 300 il həbsə məhkum edilmişdir. Bu ssenarinin oxşarını orta əsrlər tarixində də tapmaq çətin məsələdir. Bu məhbusların yeganə günahı hakimiyyətin islamafob siyasətinə, ölkənin taleyinin biganələrə tapşırılmasına, milli sərvətin  talan edilməsinə, fəsad və ayrıseçkiliyə etiraz etmələri olub.

Biz Azərbaycan dövlətini fədakar insanlara yönəli əsassız ittihamlar və hökmlərə yenidən baxmağa dəvət edir, Azərbaycan xalqı, dini və milli təşkilatlar, dini təhsil alan tələbələr və ruhanilərə qoşularaq,  İslam tarixində həbs həyatı ilə yadda qalmış İmam Musa Kazimin (ə) şəhadət ildönümü gününə həbsdə müqavimət simvolu olaraq Azərbaycanda İslamçı Məhbuslarla Həmrəylik Günü (4 xordad – 25 may), 5 rəcəb – 6 şəban (25 may – 3 iyun) günlərini İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü elan edirik. Bütün dünya azərbaycanlılarından istəyimiz budur ki, İmam Musa Kazimin (ə) xatirəsinə həmin gün, din və vətənə xidmətdən başqa məqsədi olmayan böyük insanlarla həmrəylik nümayiş etdirsinlər, onlara qarşı zülm haqqında dünya xalqları və beynəlxalq birliyi məlumatlandırsınlar, Azərbaycan hökumətinə etiraz etməklə tarixi, milli və dini borclarını yerinə yetirsinlər. Bütün Azərbaycanda ağıl və məntiqin, söz azadlığının, tənqidə dözümlülüyün qələbəsi, bu dəyərlərin həbs və həbsxanaların yerini tutacağına ümidlə!

Dünya Azərilərinin Hüquqlarını Müdafiə Cəmiyyəti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button