ArxivFatimi yaşayişXəbər lentiXəbərlər

Dua və münacat

İslam cəmiyyətində camiənin inkişafı üçün bütün güc və mümkün qüvvələrdən istifadə etməklə yanaşı qeyb aləmindən, dua və münacatdan da faydalanmaq lazımdır. Bir çox maneələr Allah dərgahına üz tutmaq və dua etməklə aradan qalxır, insanlar üçün bir çox imkanlar yaranır.

Həzrət Zəhra (ə) çox dua edərdi və Allahla münacat etməyi çox sevərdi.

 

Ayə

“(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm.” (“Bəqərə” surəsi, ayə 186)

Ənənə

– Fizzə, o uca yeri görürsənmi?

– Bəli xanım, görürəm.

– Fizzəcan! O uca yerə qalx və günəş qürub edən vaxt mənə xəbər ver. Yadından çıxmasın.

– Gözlərim üstə xanım, arxayın ol. Amma bunun səbəbini bilmək istəyirəm.

– Atamdan eşitmişəm ki, cümə günü qürub vaxtını əldən verməyin. Hər kəs cümə günü qürub vaxtı dua etsə, Allah onun duasını qəbul edər.

(“Mənanil-əxbar”, səh. 399)

 

Hekayə

– Anan qurban sənə oğlum, necə oldu ki, səni azad etdilər?

– Allah eləməsin, anacan. O məlun, Əmirəlmöminin Əlini (ə) yuxuda görmüşdü. Həzrət qəzəblə ona buyurmuşdu: “Mənim övladımı azad et. Yoxsa səni cəhənnəm odunda yandıracam.” Ona görə də dərhal məni azad etməyi əmr etdi.

Ana bunu eşidən kimi başını səcdəyə qoydu və Allaha şükür etdi. Sonra üzünü oğluna tutub dedi:

– Oğlum Davud! Mövlam İmam Sadiqdən (ə) sənin azad olmağını istədim. İmam (ə) mənə bir dua öyrədib buyurdu: “Ey Davudun anası! Rəcəb ayının yarısından üç gün oruc tut və Rəcəbin on beşinci günü bu duanı oxu. Oğlunu azad olmuş görəcəksən.” İndi o duanın bərəkəti ilə burdasan, oğlum.

(“Fəzaulul-əşhurus-səlasə”, Ümm Davud hədisi və onun əməlləri bölməsi)

 

 

Hədis

Həzrət Fatimə (ə) buyurub: “Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: Cümə günündə elə bir saat vardır ki, müsəlman şəxs o saatda Allah-taaladan bir xeyir diləsə, Allah onun istəyini əta edər.”

(“Məanil-əxbar”, səh. 399)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button