ArxivXəbər lentiXəbərlər

ABŞ Türkiyəni dini azadlıqları pozan ölkə kimi tanıtdı-Ankara cavab verdi

Türkiyə Xarici İşlər Nazirliyi Amerikanın bu ölkəni dini azadlıqları pozan ölkələr siyahısına salmasına münasibət bildirib.

“Anatolu”-nun verdiyi xəbərə görə, Türkiyə XİN-nin mətbuat katibi Hami Aksoy ABŞ Beynəlxalq Dini Azadlığı Komissiyasının məruzəsinə münasibət bildirərək deyib: “Bu məruzə ötən illərdə olduğu kimi əsassız, qeyri-müəyyən mənbələr və anlaşılmaz iddialar üzərindədir.
Komissiyanın raportunda fərdi hadisələri dini azadlığın pozulması kimi təsvir etməyə təlaş göstərilib.”
H. Aksoy vurğulayıb: “Bu ilki məruzədə Türkiyənin “dini azadlığı ağır şəkildə pozan və ya qanun pozuntusu ardınca olan ölkələr” kimi “ABŞ XİN-nin xüsusi diqqət siyahısı” üçün tanıdılması qəsdən olmuşdur.”
ABŞ Beynəlxalq Dini Azadlığı Komissiyası bu il üçün olan raportunda 15 ölkəni dini azadlığı bərk pozduğuna görə “ABŞ XİN-nin xüsusi diqqət siyahısında” yer almaq üçün tanıdıb.
Bu ölkələr Kuba, Nikaraqua, Sudan, Özbəkistan, Əfqanıstan, Əlcəzair, Azərbaycan, Bəhreyn, Mərkəzi Afrika, Misir, İndoneziya, İraq, Qazaxıstan, Malayziya və Türkiyədir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button