AktualAktualXəbərlər

Dövlət başçılarımız dostu ilə düşməni tanımır

Azərbaycan Respublikasında islamçıların məhbus lideri Dr. Hacı Möhsün Səmədov sionist rejimin xarici işlər nazirinin Bakı səfərinə sərt etiraz edərək, bildirib ki, bizim dövlət başçılarımız dostu ilə düşməni tanımır və düşməni ilə dostluq edir.
İslam-azeri saytının məlumatına görə, Azərbaycan Respublikası İslam Partiyasının məhbus sədri Dr. Hacı Möhsün Səmədovun zindandan yazdığı etiraz məktubunda deyilir:
“Sionist rejiminin cinayətkar xarici işlər nazirinin müqəddəs vətənimizə gəlməsi qəbul olunmazdır. Biz hamımız birmənalı olaraq, bilməliyik ki, hər Azərbaycan ailəsinin maddi gərginliklər içində həyat sürməsi ona görə deyil ki, biz lazım olan iqtisadi resurslara malik deyilik və yaxud günbəgün cavanlarımızın fəsada çəkilməsi ondan irəli gəlmir ki, bizim hidayət edən müqəddəs kitabımız və Hüseyn İbn Əli kimi rəhbərlərimiz yoxdur.
12 il azadlığdan məhrum edilən AİP sədri məktubunun davamında yazır: “Vətənimizin 20 faizdən çox torpaqlarının və 10 mindən çox ana-bacılarımızın xəbis və cinəyatkar ermənilərin əlində əsir olması ona görə deyil ki, bizim qeyrətli və mərd oğullarımız yoxdur. Bəlkə bütün bu müsibətlərin səbəbi ondan ibarətdir ki, bizim dövlət başçılarımız dostu ilə düşməni tanımır və düşməni ilə dostluq edir. Bəşəriyyətin düşməni olan sionizmə etiraz hər bir müsəlmana vacib və fərzdir.”-deyə Hacı Möhsün Səmədov vurğulayıb./islaminsəsi/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button